“Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır”
layihəsi üzrə Ağstafa rayonunda regional təlimlərə başlanılmışdır
Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsi üzrə Ağstafa rayonunda regional təlimlərə başlamışdır. Ağstafa rayonunda ilk təlim 20 iyul 2023-cü il tarixdə Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbdə keçirilmişdir.
Təlimə Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbinin müəllimləri, Həsənsu kənd uşaq baxçasının, Həsənsu kənd kitabxanasının əməkdaşları, Həsənsu kəndinin və Ağstafa şəhərinin sakinləri dəvət olunmuşdur. Təlimə müxtəlif yaş qrupundan olan, müxtəlif cinsli şəxslər dəvət olunmuşlar.
Təlimdə məişət zorakılığı, onun geniş yayılmış formaları, hər bir forma daxilində müəyyən növlər, məişət zorakılığının əlamətləri, məişət zorakılığının erkən nikahlar, qeydə alınmamış nikahlar, təqib, cinsi qısnama kimi növləri geniş izah olunmuşdur. Daha sonra məişət zorakılığının səbəbləri, əhali arasında məişət zorakılığının səbəbləri barədə geniş yayılmış fikirlərin bəzilərinin reallığa uyğun olmaması, qadınlara qarşı iqtisadi zorakılıq, psixoloji zorakılıq halları geniş təhlil olundu. Məişət zorakılığının ailəyə, uşaqların gələcəyinə vurduğu ziyan, onun yaxın və uzq nəticələri diqqətə çatdırıldı.
Təlimin iştirakçılarına qadınlara qarşı zorakılıq hallarının müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və bukletlər paylanıldı. Təlimin iştirakçıların xırda hədiyyələr şarflar və yaylıqlar paylanılmış, müzakirələr çay süfrəsi arxasında davam etdirildi. Təlimin sonunda iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verildi.
Təlimə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Həsənov Hamil Mirzə oğlu; Ağstafa rayon Həsənsu kənd icra nümayəndəsi Bayramov Rəşad Ələsgər oğlu; Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbinin direktoru Mətanət Rəhimova iştirak etdilər.
Layihənin rəhbəri Mərhəmət Əsgərova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.