FUTBOL
--------------------
Neymar: "Mən DÇ-2022-dən sonra ardıcıl 5 gün ağlamışam"
Braziliya millisinin hazırda "PSJ"də forma geyinən forvardı Neymar "Caze TV"ə verdiyi müsaibəsində maraqlı aşıqlama verib. Forvard 2022-ci ilin sonunda Qətərdə keçirilən dünya çempionatını xatırlayarkən karyerasının və həyatının ən ağır anlarını yaşadığını bildirib. Xatırladaq ki, son mundialın 1\4 finalında Braziliya millisi Xorvatiya yığması ilə qarşılaşmada məğlub olaraq, mübarizəni dayandırmışdı. Əsas vaxtı qolsuz bərabərliklə bitən həmin matçın əlavə vaxtında Neymar hesabı açsa da sonradan xorvatlar bərabərlik yaratmışdılar. Oyundan sonrakı penaltilər seriyasında isə xorvatlar qalib gəlmişdilər. Bəlli qarşılaşmadan sonra Neymar Braziliya yığmasından gedəcəyini elan etmişdi.
"Həmin məğlubiyyətdən sonra başımda hansı fikirlərin cərəyan etdiyini deyə bilmirəm. Ancaq onu bilirəm ki, həmin məğlubiyyət mənə həm karyeramın, həm də həyatımın ən ağır anlarını yaşatdı. Açığı deyim ki, ondan sonra ardıcıl olaraq 5 gün ağladım. Çünki mənim ümidlərim, arzularım puç olmuşdu. Bu ağrını ancaq oyunçular və məşqçilər hiss edə bilərlər. Həqiqətən də mundialdan sonra mən yığmada karyeramı davam etdirmək istəmədim. Çünki, bir daha belə bir ağrınl yaşamaq, hiss etmək istəmirdim. Mənə görə bütün ailəm də əzab çəkirdi. Onlarda mənimla yanaşı bu ağrını yaşayırdılar. Amma sonradan gördüm ki, yox. mən hələ də nəyinsə acıyam. Doymamışam" - Neymar belə deyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.