FUTBOL
--------------------------
"Qarabağ" "Linkoln"ı darmadağın edərək mərhələ keçib
Bu gün UEFA Çempionlar Liqasınının 1-ci təsnifat mərhələsində cavab oyunları keçirilib. Bu turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" klubu doğma divarlar arasında Cəbəllütariqin "Linkoln" klubunu qəbul edib. Maraqlıdır ki, Azərbaycan çempionu bir həftə öncə "Viktoriya" (səfərdə) stadionunda olduğu kimi bu dəfə də rəqibini məyus edib. Səfərdə 2:1 hesablı qələbə qazanan "Köhlən atlar" Bakıdakı Olimpiya stadionunda isə qonağını sözün əsil mənasında darmadağın edib - 4:0. Matçda hesabı 7-ci dəqiqədə "Qarabağ"ın fransalı futbolçusu Abdella Zubir açıb - 1:0. İlk yarının əlavə edilmiş dəqiqəsində (45+2) isə Bəhlul Mustafazadə dəqiq zərbə ilə hesabı artırıb - 2:0. Təşəbbüsü əldən verməyən ""Qarabağ" fasilədən sonra qonaqlarını daha iki dəfə cəzalandırıb. 49-cu dəqiqədə Redon Cica hesab arasındakı fərqi 3-ə çatdırıb - 3:0. Matçın 62-ci dəqiqəsində isə Marko Yankoviç özünün birinci, komandasının 4-cü qolunu vurub - 4:0.
Bununla da "Qarabağ" UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsini uğurla başa vuraraq, növbəti mərhələyə adlayıb.
Bu gün keçirilən digər oyunlara gəlincə nəticələr belə olub:
"Valmiera" (Latviya) - "Olimpiya" (Sloveniya) - 1:2 (ilk oyun - 1:2);
"Ferentsvaroş" (Macarıstan) - "Kİ Klaksvik" (Farer adaları) - 0:3 (ilk oyun - 0:0);
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Astana" (Qazaxıstan) - 1:2 (ilk oyun - 1:1);
"Ludoqorets" (Bolqarıstan) - "Balkani" (Kosovo) - 1:0 (ilk oyun - 0:2);
"Sturuqa" (Şimali Makedoniya) - "Jalgiris" (Litva) - 1:2 (ilk oyun - 0:0);
"Flora" (Estoniya) - "Rakuv" (Polşa) - 0:3 (ilk oyun - 0:1);
"Şerif" (Moldova) - "Farul" (Rumıniya) - 3:0 (0:1);
"Makkabi" (Hayfa, İzrail) - "Xamrun Spartans" (Malta) - 2:1 (4:0);
"Nyu Sents" (Uels) - "Xeken" (İsvüç) - 0:2 (1:3);
"Zrinski" (Bos. Hersoqovina) - "Urartu" (Ermənistan) - 2:3 (1:0) penaltilər - 4:3 (1:0, 1:1, 2:1, 2:2, 3:2, 3:3, 4:3.);
BATE (Belarus) - "Partizan" (Albaniya) - 2:0 (1:1);
"Breydablik" (İslandiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:1 (1:0);
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.