25 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: Təkbaşına "Neftçi" yükünü, ağırlığını daşıya biləcəkmi, zaman göstərəcək...

1 il əvvəl 608 01

Tahir Süleymanov:

Təkbaşına "Neftçi" yükünü, ağırlığını daşıya biləcəkmi, zaman göstərəcək...

"Neftçi" yay hazırlıq mərhələsində Rusiyada keçirilən turnirdə 3, "Spartak"la 4-cü matçına çıxsa da, bəlli duruma görə, son 2 görüşü ilk qarşılaşmalar kimi saymaq olar. Təlim-məşq toplanışlarında nəinki hər oyun, hər məşq günü, saatı böyük önəm daşıyır...

Klub daxilində pərakəndəlik, çoxtirəlik, futbol idarəçiliyinin bərbad halda olması, gecikmiş baş məşqçi təyinatı, göndərilən/gətirilən legionerlər, heyətin komplektləşməməsi, strateji, taktiki operativsizlik mövcud şəraiti yaradıb. Bu barədə çox yazılıb, çox danışılıb...

Eyni ölkədən bir dəstə məşqçi yola salındı, digər çalışdırıcı korpus onları əvəz etdi. Mutunun gəlişi, şəxsi həyatı, vaxtilə qitədə özündən söz etdirən futbolçu karyerası çox müzakirə olundu. 44 yaşına kimi 5-6 ilə bir o qədər komanda dəyişmiş mütəxəssis, azərbaycansayağı "gənc məşqçi", "futbolçu-məşqçi" kimi təqdim olundu.

Nə yaxşı ki, Mutu, bu tipli təqdimatdan, yanaşmadan eyforiyaya qapılmayıb, ilk gündən iddialı danışmağa başlayıb, özünü sığortalamır, hələ ki, bəhanələr gətirmir, təmkinli, inamlı davranır. Təki baş məşqçi artan trayektoriya ilə işini davam etsin, iddialı açıqlamaları əməldə öz təsdiqini tapsın, verdiyi sözləri unutmasın!

Fanat/azarkeşlər hər mövsüm yeni təyinatlara, transferlərə sevinir, gələcəyə ümid çırağı kimi baxır. Klub strategiyası, futbol idarəçiliyi ilə bağlı təhlillərimizi, atılan addımlara uyğun, sonra edərik, indidən tərəfdarların ümidsizliyə qapılmasını istəmirəm. Sonda "Neftçi"nin iki matçını ümumi təhlil etməklə, məşqçilərə olan münasibətdə zəruri qeydlərə ehtiyac var.

Mutu dünya futbolunda tanınan simadır - futbolçu kimi... Avropa səvıyyəsındə yanaşmadan söhbət gedirsə, futbol tarixində gənc məşqçi nümunələrinin bəzilərinə nəzər yetirək. Avrokubokları qazanmış həqiqi gənc məşqçilər:

1. Andre Villaş-Boaş - 33 yaş

2. C. Vialli - 33 yaş

3. S.Y. Eriksson - 34 yaş

4. V. Fernandes - 34 yaş

5. Y. Rife - 36 yaş

6. X. Bilyalonqa - 36 yaş

7. H. Quardiola - 38 yaş

Avrokubok finallarına komandaları daşımış gənc məşqçilər:

1. B. Hyuton - 31 yaş

2. R. Qomes - 32 yaş

3. M. Zammer - 34 yaş

4. Y. Xeynkes - 35 yaş

5. S.Y. Eriksson - 35 yaş

Dünya futbolunun dahi məşqçiləri sırasında ilk 10-luqda yer alan dahi V.Lobanovski 36 yaşında avrokubok qazanıb. Azərbaycan futbol məktəbinin yetirməsi Əhməd Ələsgərov 30-38 yaş arası müxtəlif komandalarla medallar, nailiyyətlər qazanıb. Zamanında "Neftçi"yə gətirdiyimiz gənc Ruben Seles İngiltərə Premyer Liqasına kimi gedib çıxıb...

Almaniya Bundesliqası gənc məşqçilərə ən çox şans verən çempionatdır. Haqelsman, Volf, Tadesko, Koffeld kimi zamanında şans qazanmış "yeniyetmə" çalışdırıcılardır. Siyahını genişləndirmək də olar... Ən mənfisi, futbol ictimaiyyəti arasında "vaxtilə qocalar məşqçilik edib" anlayışının bərqərar olmasıdır. 30-40-50 il öncə də bacarıqlı gənclərə şans verilirdi, bu gün də...

İstedad, ağıl, bacarıq yaşda deyil, başdadır. İstəyir gənc olsun, istəyir ağsaqqal - peşəkarlıq öndə olmalıdır. Yaşlı nəsilə qarşı "diskriminasiya" olmasın, daha bir siyahını təqdim edək, fikirlərimizi faktlarla əsaslandıraq.

Avrokubokları qazanmış ən yaşlı məşqçilər:

1. R. Qutals - 71 yaş

2. Y. Xeynkes - 68 yaş

3. A. Ferqyuson - 66 yaş

4. B. Robson - 64 yaş

5. D. Feqan - 64 yaş

6. M. Luçesku - 63 yaş

Bu siyahıya L.Aroqones, A.Venger və digər yaşlı məşqçiləri də əlavə etmək olar. Göründüyü kimi, üstünlük "gəncə/qocaya" yox, bacarığa, iş qabiliyyətinə verilməlidir. Moskvada "Spartak"la oyuna "Neftçi"nin 44 yaşlı "gənc" çalışdırıcısının qarşısında 32 yaşından klubda baş məşqçi olan 34 yaşlı "uşaq" həmkarı dayanmışdı...

Azərbaycan futbolunda ada aldanmaq məsələsi, hətta sitayişi özünə möhkəm yer edib. Ölkə futbolu son 15-20 ildə belə yanaşma ilə kimləri görməyib ki?! Mutu adına görə Pelenin kapitanı olmuş Torresdən, Foqtsdan, Prosineçkidən, "Torqovı"dakı "dır-dır"dan sonra böyük futbola "qaytarılan" Esyendən daha üstün, karyeralı futbolçu olmayıb...

Mutu məşhur olsa da belə, mövzu futbolçuluq yox, məşqçilikdir... Toşaklar, gedelər, adamslar, dənizlilər, büləntlər, syominlər, "gəncli-ahıllı" kimlər gəlib keçməyib, bu məmləkətdən. İlk öncə məşqçilik fəaliyyətinə, işə olan münasibətə qiymət verilməlidir. Rumın çalışdırıcının "Neftçi"də nə etmək istədiyinə nəzər yetirək...

İstər "Fənərbaxça(e)", istərsə "Spartak"la oyuna "Neftçi" demək olar eyni heyətlə çıxdı. Tək yenilik, yeni transfer Matias idi. İlk olaraq, xüsusi vurğulanmalıdır, Mutu seytnot vəziyyətdədir, bu baxımdan onun heç bir günahı yoxdur, klub olaraq çox gecikilib...

Rumın mütəxəssis komanda ilə tanış olduqdan sonra, futbolçuların fiziki/funksional/psixoloji/taktiki hazırsızlığı ilə üzləşib. Üstəgəl, öz fəlsəfəsini, taktiki sxemini tətbiq etməlidir. Vaxt çatışmazlığını nəzərə alaraq, əldə olanlara uyğun əsas heyəti müəyyənləşdirərək qarşıdan gələn rəsmi oyunlara köklənib artıq...

"Neftçi" olaraq vaxt itirilib, yükləmələr fonunda yoxlama oyunlarının keçirilməsi mümkün deyil.

Diqqətdən kənar qalsa da, "Neftçi" məlum turnirdə həftəlik sıklla(!) çıxış edirdi, sanki çempionatda oynayırdı. "Zenit", "Srvena Zvezda", "Fənərbaxça(e)" öz hazırlıq planlarına uyğun oynayırdılar, tək "Neftçi"nin qrafiki 1-15 tarixinə uzadılmışdı.

Klub turnirə görə təlim-məşq toplanışını birmənalı olaraq hədər verdi. Klub başbilənləri ən azından rəqiblər kimi hazırlıq planını tənzimləməli, az oynayan futbolçular üçün əlavə sparrinq-matçlar təşkil edilməli idi. Bunun əvəzinə açıqlama verilirdi, "Zenit"lə açılış matçına görə bir məşq təxirə salınıb...

Bu yanlışlıqlara görə son oyunlarda futbolçular yüksək tempdə ilk 30 dəqiqə, maksimum bir hissə dözə bilirdilər. Reallıqda isə, hazırlığın son mərhələsində komanda/futbolçular daha optimal vəziyyətdə olmalı idilər. Belə durumda Mutu riskə getdi. Məcbur idi...

Türklərlə oyunda əsas heyət 65-70, ruslarla matçda 70-80 dəqiqə meydanda "döyüldü".

Baş məşqçi bilərəkdən futbolçuları oyunlarda "sillələtdirdi". Vaxt olmadığına görə məşqlərdə verə bilmədiyi yükləmələri, güclü rəqiblər qarşısında təbii "naqruzka" ilə nisbətən təmin etdi. Nə yaxşı ki, futbolçuların dili çıxsa, nəfəsləri boğulsa da, ciddi zədələrsiz ötüşdülər.

Mutunun seçdiyi start heyəti, taktiki quruluşu ikinci planda oynamaq üçün deyil. Baxmayaraq ki, rəqiblərlə görüşlərdə futbolçular əsasən topsuz qaçmaq məcburiyyətində qalır, müdafiə olunmağa məcbur olurdular. Baş məşqçi bunları bilirdi və yeni yetirmələrini meydanda "çerez ne moqu" tərpənməyə məcbur edirdi...

Üstün cəhət, güclü komandalar qarşısında "döyülüb" yükləmələr aldıqdan sonra, Konfrans Liqası startında daha zəif rəqiblə oyun asan görünə bilər. Əgər komanda qalan bir həftədə özünə gələr, düzgün istiqamət götürərsə...

Mənfi tərəfi, Mutu potensial rəqiblərə qarşı hansı heyətlə, taktiki quruluşla çıxış edəcəyini göstərmiş oldu. Qarşıdan gələn rəsmi oyunlarda "Neftçi"yə qarşı necə çıxış etmək lazımdır planı üçün, son iki matç əyani və əvəzolunmaz vəsaitdir. Təbii, rumın da rəqibləri görəcək və incələyəcək...

Baş məşqçi qısa vaxtda futbolçuları özünə tabe etdirməyi bacarıb. Sürətli, dinamik, hərəkətli oyun üslübuna, hücum futboluna üstünlük verməyə çalışır. Futbolçuların potensialına görə deyil, öz oyun fəlsəfəsinə uyğun addım atır. Burada "Neftçi" müəyyən, ciddi rəqiblərlə böyük problemlər yaşaya bilər...

Komanda tam komplektləşməyib, futbolçular klub idarəçiliyi bəhanələri ilə illərdi yadırğayıb, təcrübəlilər yola verir, gənclər "Neftçi" səviyyəsinə uyğun deyil. Turnirdə rəqib komandaların yeniyetmələri "Neftçi"nin qapısına qollar vururdu. Yerli, legionerlərin bir

bir çoxu yeni çalışdırıcının tələblərinə cavab vermir və verməyəcək...

Komandada mövqelər üzrə komplektləşmə, balans acınacaqlı haldadır və böyük hədəflər üçün deyil. Bu, büdcə, maliyyə məsələsi yox, futbol bacarıqsızlığının nəticəsidir. Orta sahədə üstünlük verilən Eddi-Mahmudov-Ozobiç triosunun toplam 100-ə yaxın yaşı var. Müasir futbolun sürətinə, bu oyunçular bir yerdə çıxış edərək, ən yaxşı formalarında belə dözə bilməzlər, ancaq zəif rəqiblər qarşısında faydalı ola bilərlər...

Nisbətən Lebonu çıxmaq şərti ilə, cinah futbolçilar Mutunun oynadacağı, tələb etdiyi sistemə uyğun deyil. "Spartak"la görüşdə 45 dəqiqə(!) ərzində hər iki tərəfdən bir cinah hücumu, kəsərli reyd təşkil edilmədi. Bir çox futbolçuların ustalıq səviyyəsi, taktiki anlayışları aqressiv, hücumameylli oyun tərzinə yaddır...

Ən yaxşı müdafiə hücumdur, hücum isə müdafiədən başlayır. Saldanya öndə tək qalır, "Neftçi"nin müdafiəsi isə nəinki hücuma dəstək, top saxlamaq, ilk ötürmələri etmək, hücumu başlamaq, öz müdafiə funksiyalarını yerinə yetirməyə acizdir. Sinxronluq, bir-birini sığortalama, xətlərarası əlaqədən, sabitlikdən isə danışmağa dəyməz...

Mutunun bir həftəlik işi nəyi göstərdi? Yüksək tələblər qarşılığında "Neftçi"nin hansı vəziyyətə salındığını nümayiş etdirməklə yanaşı, baş məşqçinin oyun intizamına xüsusi diqqət etdiyini, futbolçulardan maksimum tələbkarlıq,

meydanda sona kimi mübarizə aparmaq istəyi...

Mutunun elə bir məşqçi uğuru olmasa da, "Neftçi" karyerasına çalışdırıcı olaraq son şans kimi baxdığı hiss olunur. İddialı açıqlamaları, ilk gündən hazır olmayan komandanı toparlamağı da bunu göstərir. Klubda heç bir idarəçi köməyi, futbol fəlsəfəsini anlaması olmayacaq, indiki məqamda, bu, mümkün də deyil. Təkbaşına "Neftçi" yükünü, ağırlığını daşıya biləcəkmi, zaman göstərəcək...

"Neftçi" adına uğurlar olsun!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

John Doe 1 il əvvəl

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

John Doe 1 il əvvəl

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

John Doe 1 il əvvəl

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

John Doe 1 il əvvəl

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

John Doe 1 il əvvəl

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com