Masallıda I Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb
Masallı rayonunun Qızılavar kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əfqan Mirzəyevin xatirəsi anılıb.
Ə.Mirzəyevin şəhadətə yüksəlməyinin otuzuncu ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib.
Anım mərasimində şəhidin ailə üzvləri, adını daşıdığı Qızılavar kənd tam orta məktəbinin kollektivi, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə məktəbin tarix müəllimi S.Qurbanov, şəhidin qardaşı Abasət Mirzəyev və başqaları Əfqan Mirzəyevin qısa və şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşüblər.
Şəhidin anası Xanımnisə Mirzəyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.
Şəhid haqqında şeirlər səslənib, ruhuna dualar oxunub.
Çıxışlarda bildirilib ki, Mirzəyev Əfqan Tərlan oğlu 3 yanvar 1973-cü ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. 1988-ci ildə Qızlavar kənd orta məktəbinin səkkizinci sinfini bitirib. Sonra 137 saylı Bədəlan kənd Texniki Peşə məktəbində təhsil alıb.
1991-ci ilin yazında ordu sıralarına çağırılıb. Ağdam bölgəsinin Şahbulaq, Xındırıstan, Şelli, Muğanlı və Qasımlı kəndlərinin ermənilərdən müdafiə olunmasında fədakarlıq göstərib. Uzundərə uğrunda gedən döyüşlərdə Əfqanın idarə etdiyi tank minaya düşüb, özü və iki yoldaşı yaralanıb. O, bir müddət müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb.
Əfqan Mirzəyev 1993-cü il iyulun 18-də Ağdamın Qasımlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
Qızılavar kənd qəbiristanlığında dəfn olunub.
Subay idi.
1993-cü ildən Qızılavar kənd tam orta məktəbi onun adını daşıyır.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.