HƏNDBOL
-----------------------------
Həndbol klublarımızın Avrokuboklardakı rəqibləri bəlli olub
2023\24-cü illər mövsümündə həndbol klubları (kişi və qadın) arasında keçiriləcək Avropa Kubokunun 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması baş tutub. Püşkatmadan sonra ölkəmizi Avrokuboklarda təmsil edəcək klubların rəqibləri müəyyənləşib. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən klublar mübarizəyə 2-ci mərhələdən qatılacaqlar. Azərbaycan qadınların turnirində 3, kişilərin yarışında isə iki klubla təmsil olunacaq. Klublarımızın rəqiblərinə gəlincə, "Qarabağ" qadın klubu mübarizəyə qatılacağı ikinci mərhələdə "Qranolyers" (İspaniya), "Kür" klubu İtaliyanın "Comi Salerno"suyla, "Azəryol" isə "Krivaya" (Bosniya və Hersoqovina) ilə qarşılaşacaq. İlk oyunlar 23\24 sentyabr günlərində, cavab matçlarsa 30 sentyabr\1 oktyabr aralığında keçiriləcək.
Kişi klublarımızdan isə "Kür" ilk oyunda Xorvatiyanın "Sesvete"si ilə üzləşəcək. "Azəryol"sa 1-ci mərhələdə baş tutacaq "Amber" (Litva) - Briksen HəndbolМ (İtaliya) qarşılaşmasının qalibi ilə oynayacaq. Burada isə 2-ci mərhələnin ilk oyunları 13\14, cavab oyunları isə 21\22 oktyabrda keçirilcəck.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.