GÜLƏŞ
------------------------
Yunan-Roma güləşi üzrə yığmamız Macarıstanda reytinq xarakterli turnirin qalibi olub
Həsrat Cəfərov, Murad Məmmədov və Sənan Süleymanov turnirdə qızıl medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə güləşin sərbəst və yunan-Roma növü üzrə keçirilən və Azərbaycan pəhləvanlarının da iştirak etdiyi reytinq xarakterli turnirə yekun vurulub. Qeyd edək ki, turnirin son iki günündə yunan-Romaçılar mübarizə aparıblar. Bu yarışda təmsilçilərimiz 3-ü qızıl. 2-si gümüş və 1-i bürünc əyarlı olmaqla 6 medal qazanıblar. Qızıl medallar Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanovun (77 kq) aktivinə yazılıb. Gümüş medallar Ülvi Qənizadə (72 kq) və Beka Kandelakinin (130 kq), yeganə bürünc isə 60 kq-da güləşən Nihat Məmmədlinin payına düşüb. Bu medallar və eləcə də toplanan 140 xal sayəsində yunan-Roma güləşi üzrə yığmamız turnirin qalibi olub. Ev sahibi Macarıstanın 113 xalla ikinci yeri tutduğu bəlli turnirdə üçüncü yerə isə 98 xalla İran çıxıb.
Xatırladaq ki, turnirin ilk iki günündə keçirilən sərbəst güləşçilərin yarışına isə Azərbaycan iki idmançı ilə qatılmışdı ki, onlardan da biri - Maqomedxan Maqomedov (97 kq) ikini yeri tutmuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.