Osman Gündüz:
Ukrayna universitetlərinin diplomlarının tanınmasına münasibət dəyişəcək?
Xatırlayıram ki, bir neçə il öncə Ukraynadan cəmi 2 Universitetin diplomu Azərbaycanda tanınırdı.
Hazırda diplomların tanınmasını həyata keçirən ETN-nin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin siyahısında Ukraynadan neçə universitetin olduğunu demək çətindi.
Amma bilinən odur ki, QS Dünya Universitetləri Reytinqinin bu günlərdə dərc etdiyi siyahıya Ukraynanın nə az , nə çox, 11 Universiteti daxil olub.
Eyni zamanda, daha bir dünya universitetlər reytinqində, Times Higher Education İmpact Rankings-in sonuncu siyahısında Ukraynadan 32 Universitet var.
Çox maraqlı və diqqət çəlb edən bir məqamdır.
Cəmi bir neçə il öncə aşağı göstəricilərə malik olan, ərazisində müharibə gedən bir ölkədə bir anda çox sayda universitetlər nüfuzlu dünya reytinqlərinə daxil ola bilib.
Xatırladıram ki, Azərbaycandan cəmi 4 Universitet QS Dünya Universitetləri Reytinqinə daxil ola bilib : UNEC, BDU, ADU və ADNSU
Ümid edirəm ETN və Təhsildə Keyfiyyət Təminatı Agentliyi də bunların fərqindədir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.