Tennis. "Uimbldon". Böyük Dəbilqə
----------------------------
Dünyanın 1 və 2 nömrəlisi "Uimbldon"un finalında qarşılaşacaq
Karlos Alkaras (N1) Novak Cokoviçə (N2) qarşı final matçına çıxacaq
Böyük Britaniyanın paytaxtı Londondakı Mərəzi Kortda keçirilən və mükafat fondu 44.700.000 funt sterlinq təışkil edən "Uimldon" turniri artıq finişə çatıb. Belə ki, bu gün baş tutan yarımfinal qarşılaşmalarından sonra finalçılar müəyyənləşib. Finala ATR-ının reytinq cədvəlinə vahid liderlik edən ispaniyalı Karlos Alkarasla (dünyanın 1 nömrəli raketka ustası) elə həmin cədvəldə onun ən yaxın təqibçisi olan və eyni zamanda bəlli turnirin son qalibi adını daşıyan serbiyalı Novak Cokoviç (dünyanın iki nömrəlisi) qarşlıaşacaq. Bu onların arasında sayca 3-cü görüş olacaq. Əvvəlki iki görüşdə tərəflər hərəyə bir dəfə qalaib gəlib (1:1). Xatırladaq ki, yarımfinalda Alkaras retinq cədvəlində 3-cü pillədə yer alan rusiyalı Daniil Medvedevi (6:3, 6:3, 6:3), Cokoviç isə cədvəldə 8-ci yeri tutan italiyalı Yannik Sinneri (6:3, 6:4, 7:6) məğlub edib. Yeri gəlmişkən, Alkaras karyerasında ikinci dəfə BD-nin finalına yüksəlib. O, həm də ardıcıl olaraq, kortu 11-ci dəfə qələbə ilə tərk edib. Cari mövsümdə isə 46-cı qələbəsini qazanıb. Ötən il US Openin (BD seriyası) qailibi olan 20 yaşlı ispan tennisçi cari mövsümdə 7-ci finalına çıxacaq. O, bu il 5 titul qazanıb.
23 qat Böyük Dəbilqə turnirinin qalibi adını daşıyan 35 yaşlı Novak Cokoviç isə ardıcıl olaraq 5-ci dəfə "Uimbld"nun finalına yüksəlib. Bundan əvvəlki 4 finalı udan Cokoviç bu turniri də udsa, onun qazandığı Böyük Dəbilqənin sayı 24-ə çatacaq. Və bununla da o, öz rekordunu yeniləmiş olacaq. Finalı udan tennisçi ATR-nın reytinq cədvəlində liderliyi ələ alacaq.
Bu arada qadınların analoji turnirində də yarımfinal oyunları yekunlaşıb və finalçılar bəlli olub. Qadınların turnirinin finalında isə dünyaının 2 nömrəli qadın raketka ustası olan belaruslu Arina Sobolenko ilə planetin 8-cisi Ons Jaber (Tunis) üzləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.