Ceyhun Musaoğlu:
Vicdanlı kadr çoxdur, təqdim edən yoxdur
Günah kadrlardan əvvəl onları ölkə rəhbərinə təqdim edənlərdədir. Bu ölkədə vicdanlı, peşəkar, dövlətini sevən, hakimiyyətə sadaqətli olan on minlərlrə insan var. Həmin on minlərlə insanı yaxından tanıyan, təqdim etmək imkanına malik minlərlə məmurlar var. Niyə susurlar? Prezident kadrları necə görsün? Niyə ali rəhbərə bu istiqamətdə dəstək olmayaq, belə dəstək cəmiyyət üçün mübarək hadisədir.
Mübarizə səbəblər üzərində aparılsa, ortaya vilyamlı, nizamili, mahirli nəticələr çıxmaz.
İcra hakimiyyətlərinin hümanitar məsələlər üzrə müavinlik postuna xanım namizdələrin təyin olunması prosesini yəqin xatırlayırsınız. Nə baş vermişdi? Kimi hardan gəldi müavin vəzifəsinə gətirmək həvəsi kimin havası idi məmləkətə buraxmışdı. O xanım müavinlərdən tutulanlar, vəzifəsinin öhdəsindən gəlməyi bacarmayanlar, haqqında xoşagəlməz söhbətləri yayılanlar az olmadı. Belə bir siyasi hoqqa çıxarmaqda məqsəd nə idi?
İki cümlə ilə deyək, gerisi qalsın sonraya. Köhnələr yenilərin mətin addımlarla gəldiyini anlayıb, xanımları irəli çəkməklə “biz də sizdənik, biz də sizin siyasətinizi dəstəkləyirik” demək istəmişdilər. Öz adamlarını xanım qiyafəsində strateji postlara təyin etdirmişdilər.
Fiaskoya uğradı. Məqsədi məkrli, mahiyyəti yalan üzərində qurulan xanıman uçmalıydı, uçdu da.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.