Güləş
-------------------------
Maqomedxan Maqomedov son reytinq turnirində ikinci olub
O, Snayderlə final görüşünə çıxmayıb
Dünən Macarıstanın paytaxtı Budapeştdə sərbəst və yunan-Roma güləşi üzrə mövsümün reytinq xarakterli son turnirinə start verilib. Start günü sərbəst güləşçilər mübarizə aparıblar. Bu yarışda Azərbaycan iki güləşçi ilə təmsil olunub ki, onladan da biri daha uğurla çıxış edərək mükafatçılar arasında yer alıb. Söhbət 97 kq çəkidə döşək üzərinə çıxan Maqomedxan Maqomedovdan gedir. Qeyd edək ki, startda Macarıstan. ardından isə Qazaxıstan və Almaniya təmsilçisini məğlub edən Maqomedov finalda ABŞ təmsilçisi Kayl Snayderlə qarşılaşmalı idi. Lakin güləşçimiz finala çıxışda ciddi zədə aldığı üçün Snayderlə final görüşünə çıxa bilməyib. Nəticədə isə o, turniri ikinci yerdə bitirməklə gümüş medalla kifayətlənib. Təəssüf ki, onunla eyni gündə döşək üzərinə çıxan digər təmsilçimiz - Abubakr Abakarov (86 kq) ikinci görüşündə məğlubiyyətlə üzləşərək mübarizəni erkən dayandırıb.
Sabah isə meydan "klassiklər"in ixtiyarına veriləcək. Bu yarışda isə ölkəmiz nisbətən böyük heətlə təmsil olunacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.