Hümbət Quliyev:
Sərçələr haqqında (esse)
Məni həmişə bir məsələ düşündürüb, quşlar bilirlərmi ki, hansı ölkədə yaşayırıar? Köçəri quşları nəzərda tutmuram. Məsələn, sərçələr. Bizim Azərbaycanda yaşayan sərçələr bilirlərmi ki, bura onların vətənidir?
Marağımın səbəbini deyirəm. Mən xaricdə, məsələn Avropada olanda görürəm ki, quşlar, elə sərçələr də insanlara çox yaxın gəlirlər. O insanlar da bu etibarın qarşılığında çalışırlar onlara yeməli bir şey versinlər. Və ya əksinə, insanlar quşlarıı yemləyə-yemləyə onların etibarını qazanıblar. Bizlərdə bunun şahidi olmuram. Sərçələrimiz bizdən çox uzaq dururlar. Səbəb?
Dünən sualımın cavabın tapdım. Parkda bir sərçə bir kişiyə yaxınlaşdı.
Kişi gözlənilməz bir cəldliklə sərçənin üstünə cumdu, sərçəni tuta bilməyəcəyini başa düşəndə ayağını yerə bərk vuraraq dedi; köpəyoğlu sərçəyə bir bax ee!
Dedim; kişi, o sərçə sənə nə etdi ki, sən onun üstünə cumdun? Dedi; görmürsən, az qala üstümə çıxacaqdı. Deyirəm, kişi, üstünə çıxıb sənə nə edəcəkdi ki? Onun son cavabı mənə çox şeyi aydınlaşdırdı; sərçədir, qoy öz sərçə yerini də bilsin! Əlavə etdi, tutsaydım əla olardı. Deyirlər əti qarın ağrısının bir nömrəli dərmanıdır.
Daha heç nə demədim. Əmin idim ki, qardaşın hal hazırda qarnı ağrimir, qarnı ağrıyanda o cəldlik olmazdı…
Mən bu hadisədən özüm üçün iki nəticə çıxartdım.
Birincisi, xaricilər quşlara yem verirlərsə, biz quşların özlərinə yem kimi baxırıq.
İkincisi, sərçələr buranın onlar üçün vətən olduğunu bilirlər, biz həmvətənlərini də yaxşı tanıyırlar. Genetik olaraq da nəsildən- nəsilə ötürürlər ki, azərbaycanlılara yaxın durmaq olmaz, əks halda, tutub yeyərlər.
Elə bu səbəbdən də onlar bizlərə yaxın durmurlar.
Maşallah, çox ağıllı azərbaycan sərçələrimiz var. Allah onları qorusun. Elə bizləri də…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.