BASKETBOL. 3X3. DQS
------------------------------------
"Neftçi" və yığmamız DQS-nın növbəti mərhələsində
Bu gün Kosovonun Priştine şəhərində 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələ yarıçına start veriləcək. Bu mərhələdə həm "Neftçi" klubu, həm də millimiz mübaruizə aparacaq. Heyəti Sali Əl-Xuri. Tatyana Deniskina. Ləman İbrahimova və Mersedes Uolkerdən ibarət olan Azərbaycann yığması turnirin B qrupunda ABŞ millisi və Macarıstanın "Dyor" klubu ilə qarşılaşacaq. Heyətində Erika Karter, Briana Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovun cəmləşdiyi "Neftçi" klubu isə D qrupunda ev sahibi Kosovo və Hollandiya yəğması ilə mübarizə aparacaq. Yığmamızızn və "Neftçi"nin iştirakı ilə keçirilcəck qrup oyunlarının təqvimi belədir:
18:35 ABŞ - Azərbaycan
21:35 Hollandiya - "Neftçi"
23:25 "Dyor" - Azərbaycan
00:45 "Neftçi" - Kosovo.
Digər qruplara gəlincə,, A qrupunda Fransa, Macarıstan və İzrail, C qrupunda "Dyusseldorf" (Almaniya), Litva millisi və eləcə də Ukrayna, Türkiyə və Latviya triovunun yer aldığı təsnifat qrupunun qalibi olan komanda mübarizə aparacaq.
Reqlamentə uyğun olaraq, qruplarda ilk iki yeri tutan komandalar pley-offa keçərək 1\4 finaldan mübarizəni davam etdirəcəklər.
Xatırladaq ki, DQS-nın Şuşa və İzrail mərhələsini udan "Neftçi" klubu hazırda 333 xalla yarış cədvəlində 3-cü, aktivində 108 xalı olan Azərbaycan millisi isə 21-ci pillədədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.