27 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA

Ağalar İdrisoğlu: Vay, dədəm vay!..(pamflet)

1 il əvvəl 733 01

Ağalar İdrisoğlu:

Vay, dədəm vay!..(pamflet)

REDAKTORDAN

Ay Allah, ay Tanrı bu qiymətlər görəsən  niyə belə birdən-birə bahalaşdı? Onsuz da quru çörəyə möhtac olan bu yazıq, zavallı, mağmın, Böyük Tanrı tərəfindən qarğımış xalq bəs bundan sonra nə edəcək?   Çörəkdən başqa nə yeyəcək? Çörək dedim elə gəlin, çörəkdən başlayaq. Çörəklərin qiyməti 60 qəpikdən, 2 manat əlli qəpiyə qədər qalxıb. Təsəvvür eləyək ki, beş nəfərlik bir ailənin  aylıq gəliri üç yüz manatdır. Gündə beş çörək alırsa və  çörəyin biri də əl boydadır. Elə biri 60 qəpikdən. Bu eləyir ayda 90 manat. Əlbəttə, həmin ailənin ayda  üç yüz manatlıq gəlirilə ət, toyuq almağa imkanı olmayacaq. Yalnız şorba, borş və başqa duru yeməklər bişirə bilər. Buna görə də yağ, duz, başqa ədviyyatlar və tərəvəz almalıdır. Bunlar da eləyəcək təxminən yüz manat. Yerdə qaldı cəmi yüz on manat. Əgər uşaqları məktəbə gedirsə, onlara da  maşına minmək və heç olmasa məktəbdə bir peraşki almaq üçün pul versə,  bu da eləyir yüz manat. Yerdə qalacaq cəmi-cümlətanı on manat. Allah eləməsin ki, evdə kimsə xəstələnsin, ya da bir yaxın qohumunun toyu, yası olsun. Bəs bunları hansı pulla eləyəcək?..  Hansı pulla gedəcək?.

Bizim həyətdə kişilər danışır ki, qarnımızı doyurmaq, ət, toyuq yemək üçün yaslara gedirik. Ona görə də şəhərdə harada yas varsa, bir-birinə deyirlər və gedirlər ora. Ev yiyəsinə başsağlığı verib, girirlər yas mağarına və nə qədər lazımsa yeyirlər ki, təki gözləri ətdən, toyuqdan, plovdan doysun. Yəqin elə sizin də belə tanışlarınız, qohumlarınız çoxdur. Bəzən onları qınayıram ki, ay qıvlasızlar, niyə belə eləyirsiz? Amma sonra fikirləşirəm ki, bəs bu yazıqlar neynəsinlər? Orta yaşlı, ahıl yaşlı adamlardı. Canları sağlam olmaq üçün heç olmasa ayda bir-iki dəfə ət, toyuq, balıq, plov yeməlidilər, ya yox? Onsuz da həkimə getməyə, dərman almağa pulları yoxdur. Bəs elə bu biçarələr, mağmınlar göz-görəti ölməlidirlər?..

Andıra qalsın bu nöyütü. Benzindən düzələn maşın yağlarını. Qiymət artımına nəzarət eləyən  ay qıvlasızməmurlar. Niyə bu soxaların qiymətini belə artırırsız ki, elə həmin günü dəhər şeyin qiyməti qalxır kəllə-çarxa... Axı bu andıra qalan, soxa nefti məgər biz hansısa xarici ölkədən alırıq? Məgər bizi qara günə qoyan və adını da “qara qızıl” qoyduğumuz neft elə bizim məmləkətin  torpağından, dənizindən  çıxmır? Məgər bu, bizim hamımızın ata malı deyilmi? Yaxşı. Bu andıra qalmış nöyütü, benzini, yağları xarici ölkələrə baha qiymətə satırsız lap yaxşı. Bəs bunu öz millətinizə, yazıq, biçarə, mağmın xalqımıza niyəbelə baha qiymətə satırsız ki, hər şeyin də qiyməti qalxır kəllə-çarxa? Axı siz onu da yaxşı bilirsiz ki, bu nöyütün, benzinin, maşın yağlarının  və başqalarının qiyməti qalxan kimi, qansız, insafsız, imansız, əqidəsiz, anasının əmcəyini kəsən  tacirlər də hər şeyin qiymətini qaldıracaqlar? Vallah bir tərəfdən o biçarələri də qınamaq olmur. Çünki neftin qiyməti qalxan kimi gömrükdə də qiymətlər qalxır. Tacirlər dünən beş manata gətirdikləri ərzaqları indi gömrükdən on manata keçirməli olurlar.  Bəs bu biçarələr neynəsinlər? Adam imam üçün ağlayanda, gərək yezid üçün də ağlasın. Məgər bu qiymət artımı ilə məşğul olan və adını “Tarif Şurası” qoyanlar  görəsən bu millətdən deyillərmi? Əgər siz  bu millətdənsinizsə, bəs niyə belə eləyirsiz?.. Onsuz da quru çörəyə möhtac olan bu zavallı, başı qapazlı, biçarə millət əti, yağı, balığı, toyuğu, elə adicə mer-meyvəni, göyərtini hansı pulla  almalıdı?.. Pul adı çəkdim, elə bil millətin əsl yaralı yerinə toxundum. Çünki cəmi üç yüz manat məvacibi olan biçarə millət, əgər yuxarıda sadaladıqlarımı alsa, onun məvacibi heç on günə çatmaz. Aylarımız da çox təəssüf ki, 30-31 gündür. Bəsbu biçarələr iyirmi-iyirmi bir günü nə yeməlidi?  Siz bunları düşünürsünüzmü, ay “Tarif Şurasında” olanlar? Bəs deyirsiz eyni millətdənik? Adam da öz millətinə belə sitəmlər eləyər?.. Bəs adam öz millətinin başına torba salıb, belədən-belə, elədən-eləyə sürüyərmi? Axı bu biçarə millətin, zavallı xalqın günahı nədi? Axı bu millətin heyi, gücü yoxdur ki, Avropa millətləri kimi  meydanlara çıxıb, sizdən  öz haqqını tələb eləsin. Çünki biz elə gözüqıpıq olmuşuq ki, meydanlara çıxan kimi bizi işlədiyimiz iş yerindən çıxaracaqlar və polislər də cibimizə narkotik maddələr atıb, həbs eləyəcəklər. Sonra da belimizə narkoman, Vətən xaini, dövlət çevrilişinə cəhd edən, vəhabi,  Abdulla  Gülən tərəfdarı adı qoyub  soxacaqlar “qoduğluğa”... İndi kişisən orada  öz haqqını  polislərə, hakimlərə, həbsxana rəislərinə, nəzarətçilərə  sübut elə görüm necə eləyirsən?.. Bəli. Yüksək rütbəli məmurların Allahdan qorxusu olmadığına görə bu “oyunları” çıxarırlar. Qəlbində Allah xofu olmayana da şeytan deyilir. Məgər siz də şeytansız? Yaxşı, ay  “əzizlərim”, qiymətləri belə bahalaşdırırsınızsa, onda xarici ölkələrdən neftdən gələn gəlirdən verin də bu xalqa. Niyə vermirsiz? Hər ailə başına ayda min manat versəniz, həmin ailənin aylıq dolanışığına  az da olsa  bəs eləyər və xalq da sizə həmişə duaçı olar və deyər: “Allah mənim ömrümdən kəsib, bu min manatı verənlərin ömrünə calasın”. Bax, onda millət cənnəti elə bu dünyada yaşayar  və  fikirləşməz ki, “eybi yox. Burada günüm-güzəranım pis olsa da o dünyada gedib cənnətdə yaşayacam”.
Heç olmasa yaxşı-yaxşı baxın da Birləşmiş Ərəb Əmirliyində olan rəhbərlərə. Şeyxlərə. Görün onlar  neftən gələn gəlirlə öz xalqına necə şərait yaradıblar. Deməli, o şeyxlər əsl müsəlmandırlar və Allahdan qorxurlar ki, xalqın cibinə girmək olmaz. Xalqın malını oğurlamaq  günahdır. Xalqın malını oğurlayanı Allah cəzalandırar. Axı bu  neft sərvəti hamınındır və hamıya da bərabər bölünməlidi. Amma biz “cır” müsəlmanlar olduğumuzdan və daxilimizdə Allah xofu olmadığından həmin pulların hamısını məngirləyib, xarici ölklərdə özümüzə bahallı villalar, torpaq  sahələri, yaxtalar, daha nə bilim nələr-nələr alırıq və fikirləşirik ki, elə bunlar bizə əbədi qalacaq. Bunu fikirləşməkdə  əlbəttə,  çox yanılırıq... Çünki Süleyman peyğəmbərə qalmayan dünya, var-dövlət heç kimə qalmayıb. Bu, tarixlər boyu  zaman-zaman sübut olunub.... Əgər biz bu millətdən olsaq və fikirləşsək ki,  neftin pulundan bu biçarə  millətə də çatmalıdırvə bu  biçarələrdəac-yalavac qalmamalıdır. Streslərdən, depressiyalardan,  min cürə  xəstəliklərdən həkimlərə  gedə bilmədiklərinə, dərman ala bilmədiyinə görə qan udurlar, onda  belə eləmərik...
Hamımız yaxşı bilirik ki, Birləşmiş Ərəb Əmirliklərində hər doğulan uşağa elə həmin günbankda hesab açılır və dövlət həmin hesaba on min  dollar yatırım eləyir. Hər il də həmin pulun üstünə faiz pul gəlir. Həmin ərəb 18 yaşında bu  pulu götürür və olur milyonçu. Başlayır öz həyatını istədiyi kimi qurmağa. Əgər evlənirsə və evi yoxdursa, dövlət ona ayrıca ev də verir. Onlar da bəy balası kimi yaşayırlar. Gedib xarici ölklərdə kef eləyirlər.
Amma bizim uşaqlar doğulanda onlara heç uşaq pulu da verilmir. O uşağın 18 yaşı çatanda və ordu sıralarına gedəndə anası-atası qonşudan borc pul alıb, ona verirlər ki, heç olmasa orduda olanda bir neçə gün dolana bilsin... Əsgər yeməyinə öyrəşənə qədər bir təhər dolansın...
Yaxşı.Axı həmin neftdən bizdə də çıxır. Özü də dünya bazarında ən baha satılan neft.  Ay yüksək rütbəli məmurlar, bəs bizdə niyə belədi?.. Belə şey siz bilən Allahsızlıq deyilmi? Deməli, Birləşmiş Ərəb Əmirliklərində doğulan ərəblər cənnəti bu dünyada yaşayır, biz isə fikirləşirik ki, torpağın altında cənnət var və biz də gedib orada yaşayarıq... Bala-bala özümüzçün şellənərık. Çox əfsus və sədd heyif ki, bu dünyada neftin istisinə isinirik və tütsüsündə də kor oluruq... Daha doğrusu, kor və ac oluruq.
Böyük pulu, parası olan həmin ərəblər kef, “bazlıq” eləmək üçün üz tuturlar Odlar yurduna və gəlib burada bizim qadınlarla, qızlarla istədiyi kefləri eləyirlər... Əgər bizim də neftən gələn gəlirimiz olsa, onda bizim cavanlar da  həmin pulu ciblərinə   qoyub, gedərlər  ərəb ölklərinə kefə, “bazlığa”. Onda həmin ərəblər qələt eləyib, bir  də  Odlar yurduna  ayaq  basmazlar...
Amma nə eədək ki, biz də başımızı aşağı salıb, elə bil ki, ərəblərin bu “oyunlarını” görmürük... Yaxşı. İndi mənim kimi bu millətin dərdini çəkən, onun halına acıyan qocanın ürəyi partlamasın, neynəsin?..
Dərd budur ki,  işsiz qalan  övladlarımız, nəvələrimiz bütün günü sərsəm gəzirlər. İşsizlik onları dəli eləyib. Axı onlar da işləyib, evə pul gətirmək, bu neft ölkəsində  yaxşı yaşamaq istəyirlər. Yaxşı, bəs onların günahı nədir ki, bu neft ölkəsində, torpağının altı da, üstü də qızıl olan məmləkətdə  iş tapa bilmirlər? Axı niyə bu ölkənin  bir nömrəli problemi məhz  işsizlik olmalıdır? Doğrudanmı bunu həll eləmək olmaz? Doğrudanmı bu, belə çox çətindir? Axı rayonlarımızda zavodlar, fabriklər tikmək, kənd təsərrüfatını dirçəltmək olmazmı?  Ən dəhşətlisi də budur ki, bizim iş tapa bilməyən övladlarımız, nəvə-nəticlərimiz də gözləyirlər ki, biz qocalarnə vaxt pensiya alıb, həmin pensiyanın böyük hissəsini onlara verəcəyik ki, bu biçarələr də yaşasınlar.Əgər məcbur olub pensiyanın pulunu övladlarımıza, nəvələrimizə veririksə, bəs biz, pensiya alanlar necə yaşayaq? Nə yeyək?..
Təsəvvür eləyin ki, mənim kimi əlli ildən çox bu hökumətə, dövlətə bacardığı qədər xidmət eləyənlərə verilən 300-400 manat pensiya bir neçə yerə bölünəndə, həmin pulla bir aya necə dolanmaq olar? Yaxşı, elə deyək ki, mən gicəm, dəliyəm, savadsızam. Bir ağıllı yüksək rütbəli məmur desin bu pulla bir neçə ailə bir aya necə dolana bilər? Əgər bu pensiya həmin məmurlara verilsə, onlar təkcə özləri bir aya dolana bilərlərmi?..
İndi siz bilən, benzinin və neftdən istehsal olunan məhsulların qiymətini qaldırmaqla millətinizə necə zülm elədiyinizi heç olmasa olmayan vicdanınızla, ağlınızla  fikirləşə bilirsinizmi?
Nə yaxşı ki, rəhmətliklər Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev sağ deyillər və bütün bu olanları, zülmləri, millətin başına gətirilən oyunları görmədilər. O biçarələr bunları görsəydilər, vallah elə həmin dəqiqə ürəkləri partlayardı. Bizim ürəyimiz dəmirdəndi ki, bu qədər haqsızlıqlara dözür. Vallah, billah, biz də bütün bunları gördükcə streslər, depressiyalar yaşadıqca, ayrı-ayrı  sağalmaz xəstəliklərə tutuluruq... Ən çox da infarkt, onkoloji xəstəliklər bu məmləkəti sarmaşıq kimi bürüyüb. Vay, dədəm vay. Bəs bunun axırı necə olacaq?  Bu millətin taleyi  görəsən  necə olacaq? Bütün bu problemləri, dərdləri, bəlaları  kim həll eləyəcək?  Görəsən bu millətə yiyə duran tapılacaqmı? Ay bu millətin başbilənləri. Sizdən soruşuram. Bu sualların cavabını tapa bilən varsa, qoy mənə yazsın və mən də müddətdə  sakitləşim... Ya birdəfəlik hamımız yıxılıb ölək, ya da köçüb bu məmləkətdən gedək ki, siz də əlinizə xına yaxasız... Xına dedim, elə xına yadıma düşdü. Deyəsən bu xına o xınadan deyil. Bizi diri-diri, ac-yalavac öldürəcəklər... Öldürəcəklər!..

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Niyə telefon soyuqda sönür?

Niyə telefon soyuqda sönür?

John Doe 1 il əvvəl

Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir +VİDEO

Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir +VİDEO

John Doe 1 il əvvəl

Hitlerin evi polis bölməsinə çevriləcək

Hitlerin evi polis bölməsinə çevriləcək

John Doe 1 il əvvəl

37 ildən sonra ilk dəfə mavi tutuquşular vəhşi təbiətə buraxıldı

37 ildən sonra ilk dəfə mavi tutuquşular vəhşi təbiətə buraxıldı

John Doe 1 il əvvəl

Tahir Süleymanov: Bir-iki qələbəylə bataqlığa sürüklənmiş Azərbaycan futbolu xilas oluna, inkişaf edə bilməz!

Tahir Süleymanov: Bir-iki qələbəylə bataqlığa sürüklənmiş Azərbaycan futbolu xilas oluna, inkişaf edə bilməz!

John Doe 1 il əvvəl

Tahir Süleymanov: Böyük futbol naşılığı, zarafatı qəbul etməz!

Tahir Süleymanov: Böyük futbol naşılığı, zarafatı qəbul etməz!

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com