CÜDO
----------------------------
Gənc cüdoçuların ölkə çempionatı başa çatıb
11-12 iyun günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən Sağlamlıq Mərkəzində 23 yaşlı oğlan və qızlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan bu çempionatda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 52 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 192 cüdoçu 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Yarışın ikinci günündə kişilər arasında 66, 81 və 100 kq çəki dərəcələrində, qadınlar isə 52, və 63 kq-da güclərini sınayıblar. Bu cəkilərdə qalib adını kişilərdən Elşən Əsədov (60 kq), Məmmədrza Hacızadə (81 kq) və Ruslan Nəsirli (100 kq), qadınlardansa Təranə Quliyeva (52 kq) və Leyla Atayeva (63 kq) qazanıb. Çempionatın birinci günü isə kişilər arasında Nurlan Kərimov (60 kq), Rüfət Şovlatov (73 kq), İbrahim Ağakişiyev (90 kq) və Toğrul Salmanov (+100 kq). zərif cinsdən olan cüdoçulardan isə Aliyə İsmayılzadə (48 kq), Ülviyyə Bayramova (57 kq0, Pərvanə Abdullayeva (70 kq) və Firuzə Hacıverdiyeva (+78 kq) Azərbaycan çempionu adını qazanmışdı.
Çempionatda ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu İdman Birliyi, 3-cü yerə isə Gömrükçü İdman Sağlamlıq Mərkəzi layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.