Arda Gülər: Real Madrid əfsanəsi olmaq istəyirəm
Türkiyəli yarımmüdafiəçi Arda Gülər "Fənərbağça"dan "Real"a keçdikdən sonra ambisiyalarından danışıb.
“Bir çox Avropa klubları mənə böyük maraq göstərdilər, amma dünyanın ən yaxşı komandası Real Madrid sizə təklif edəndə qərar göz qabağındadır. Mən bu klubun tarixinə düşmək və onun əfsanəsi olmaq istəyirəm. Real Madrid tarix boyu bir çox titullar qazanıb, mən bütün bu kubokları indi gördüm və deyə bilərəm ki, bu inanılmaz hissdir. Ən böyük klub olan Real Madridə işləmək və inkişaf etmək üçün gəldim. Yadımdadır, Rodriqo, Vini, Kamavinqa və Valverde mənim kimi 18 yaşında Real Madridə keçdi. Bu anı çox yaxşı xatırlayıram. Onlar çox yaxşı oyunçulardır və indi onların hamısı mənim tərəfdaşlarım olacaq. Kumirlərə gəlincə, mən həmişə Zidan, Özil və ya Qutinin oyununu bəyənmişəm. Hətta Özillə oynamaq imkanım da oldu”, - deyə Gülər klubun mətbuat xidmətinə müsahibəsində bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.