TENNİS. UİMBLDON
------------------------
Novak Cokoviç "Uimbldon"un yarımfinalında
Londondakı (Böyük Britaniya) məhşur "Uimbldon" stadionunun mərkəzi kortunda keçirilən və Böyük Dəbilqə seriyasından biri olan "Uimbldon" turniri artıq ekvator xəttini keçib və finişə doğru yaxınlaşır. Mükafat fondu 44.700.000 funt sterlinq təşkil edən turnirdə dünən axşam saatlarında 1\4 final oyunlarına start verilib. Həmin gün iki görüş baş tutub ki, onlardan da birində dünyaının 2 nömrəli raketka ustası olan serbiyalı Novak Cokoviçlə rusiyalı Andrey Rublev qarşılaşıb. Qarşılaşma gözlənildiyi kimi sözügedən turnirin son qalibi adını daşıyan matçın favoriti hesab edilən Cokoviçin qələbəsi ilə bitib - 4:6, 6:1, 6:4. 6:3.
Digər yarımfinal matçında isə italiyalı Yannik Sinner rusiyalı Roman Safiullini məğlub edib - 6:4, 5:6, 6:2, 6:2.
Beləliklə, Cokoviç turnirin yarımfinalında Sinnerlə qarşılaşacaq.
Bu arada serbiyalı raketka ustası maraqlı açıqlama verib və özünü turnirin favoriti olaraq qələmə verib. "Bəli, mən özümü təkəbbürlü göstərmək istəmirəm. Amma həqiqət odur ki, mən turnirin favoritiyəm. Bundan əvvəl keçirilən və mənim qələbəmlə bitən son 4 "Uiçbldon"a nəzər salsanız göstərdiyim nəticələri bir daha görə bilərsiniz. Bu dəfə mən açıq-aşkar favoritəm" - Novak Cokoviç belə deyib.
Bu gün 1\4 finalda daha iki qarşılaşma baş tutacaq. Qarşılaşmalardan birində dünyanın bir nömrəli raketka ustası Karlos Alkaras (İspaniya) ATR-ən reytinq cədvəlində 6-cı yeri tutan danimarkalı Xolqer Rune ilə üzləşəcək. Digər oyunda isə dünyanın 3 nömrəlisi Daniil Medvedev (Rusiya) reytinqdə 47-ci sırada qərarlaşan ABŞ təmsilçisi Kristofer Yubenkslə qarşılaşacaq.
İNTQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.