CÜDO
-------------------
Cüdoçuların ölkə çempionatının ilk gününün qalibləri müəyyənləşib
Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Azərbaycan çempionatına start verilib. Çempionatın ilk günündə 8 çəki dərəcəsində 112 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər -60, -73, -90, və +100 kq-da, qadınlarsa -48, -57,, -70 və +78 kq çəki dərəcələrində özlərini sınayıblar. Kişilər arasında Nurlan Kərimov (60 kq), Rüfət Şovlatov (73 kq), İbrahim Ağakişiyev (90 kq) və Toğrul Salmanov (+100 kq). zərif cinsdən olan cüdoçulardan isə Aliyə İsmayılzadə (48 kq), Ülviyyə Bayramova (57 kq0, Pərvanə Abdullayeva (70 kq) və Firuzə Hacıverdiyeva (+78 kq) Azərbaycan çempionu adını qazanıb.
Bu gün isə çempionatda kişilər 66 kq, -81 kq, və -100 kq çəki dərəcələrində, qadınlar isə -52 və -63 kq çəki dərəcələrində qaliblər müəyyənləşdirəcəklər.
Azərbaycan çempionatının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq. Qeyd edək ki, ilkin görüşlər saat 11:00-da, final görüşləri isə 17:00-da keçiriləcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.