Paralimpiya
-------------------------
Lamiyə Vəliyeva dünya çempionatının qızıl medalını qazanıb
O, həm də Parailmpiada-2024-ə lisenziya əldə edib
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında yadda qalan uğura imza atıb. Belə ki, paralimpiyaçımız 100 m qaçışda 11.99 nəticə göstərərək dünya çempionatının qızıl medalını və eyni zamanda 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Xatırladaq ki, dünən isə nüvə itələmə növündə milli komandanın üzvü Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə etmişdir. O, dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yeri tutub. Bu isə ona Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.