BASKETBOL
---------------------------------
U-20 basketbol yığmamız AÇ-da Kosovoya qarşı oynayacaq
Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı (U-20) basketbolçular arasında keçirilən Avropa çenpionatının B divizionunda yarış davam edir. Turnirin C qrupunda yer alan Azərbaycan yığması bu gün sayca 3-cü matçına çıxacaq. Xatırladaq ki, əvvəlki iki oyunda İsveç (50:102) və Ukrayna (49:83) komandasına uduzan U-20-miz bu gün saat 18:00-da Kosova ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Yeri gəlmişkən, həm Azərbaycan. həm də Kosovo hər iki oyunu uduzduğu üçün hərəyə 2 xalla sonuncu iki yeri bölüşür (Yaxşı ki, basketbolda uduzan komandaya da xal verirlər. Yoxsa ki.....).
Yığmamız son matçını iyulun 12-də Gürcüstana qarşı keçirəcək.
Hazırda C qrupunda komandaların turnir cədvəlindəki vəziyyəti belədir:
İsveç - 6 xal, Ukrayna – 5, Gürcüstan – 3, Коsоvо, Аzərbaycan – hərəyə 2 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.