Hümbət Quliyev:
Aforizmlərimi necə yazıram?
Dostlar təkid edirlər ki, aforizmləri necə yazdığımı açım. Hər dəfə də zarafatla bu sualın üstündən keçirəm. Deməməyimin səbəbi sadədir. Fokus göstərənin fokusuna heyran oluruq, amma o, fokusunu açanda, başa düşürük ki, necədə sadə imiş bu iş.
Aforizm yazmaq intelektual əməkdir, düşüncənin məhsuludur. Etiraf edirəm ki, çətin bir işdir, bu səbəbdən də aforizm yazanlar hər ölkədə çox azdır, tək- tük.
Obrazlı desəm, mən bir beyin mətbəxi qurmuşam, aforizm də orda hazırlanır.
Öz üsullarımı yaratmışam. Əvvəla çalışmalısan ki, sənə qədər yazılmış aforizmləri təkrar etməyəsən, əks halda bu plağiatdır, aforizm yazanlar bunu qısqanclıqla izləyir. Öz dəsti xəttin olmalıdır, təbii ki! Mənim bir yeni problemim də ortaya çıxıb. Artıq özümün 5000 dən çox aforizmim olduğundan özümü təkrar etməməyə də çalışmalıyam, bu səbəbdən öz aforizmlərimi yadda saxlamalıyam. Yeri gəlmişkən, üç aforizmlər kitabım Azərbaycanda çıxıb, dördüncü aforizmlər kitabımın materialları da hazırlanır. Bir aforizmlər kitabım Türkiyədə, biri də İranda çıxıb. Giriş yazım uzandı, deyəsən. Bir üsulumu açıram: Azərbaycan sözləri mənim üçün ilkin materialdır. Məsələn, "lnadkar" sözü qabağıma çıxıb. İnadkarlıq insan xüsusiyyətidir, arxasında ağıl dayanırsa, gözəl xüsusiyyətdir. Mən də xasiyyətimdə olan inadkarlıqla bu söz haqqında düşünməyə başlayıram. Bu sözə diqqətlə baxanda axırda bir "kar" sözü görünür. Kar, yəni eşitməyən insan. Bu insan eşitmir. Amma inadkarlıq etsən fikrini kara da çatdıra bilərsən.
Artıq ideya var. Aforizmdə də əsas ideyadır, fikirdir. Aforizm az sözlə ağıllı, dərin fikir yaza bilməkdir. Beş altı variant yazandan sonra bu variantın üstündə dayanıram;
" İnadkarı kar da eşidər".
Aforizm üçün seçilən sözlər gözəl olmalı, gözəl düzülməlidir ki, gözü, qulağı, qəlbi sevindirsin, onda aforizm yadda da yaxşı qalır. Aforizmimin də mənası odur ki, inadkar insan məqsədinə çatar. İnadkar insan inadkarlığı ilə karı da eşitməyə məcbur edər. Eyni zamanda aforizm yaşamağa da köməkçi olmalıdır, yaxşı nəyəsə çağırmalı, stimul verməlidir. Bu aforizmlə insanlara deyirəm ki, inadkar olun, həyat inadkarlarındır!
Bir üsulumu sizlərə açdım. Siz də yazın, amma bu işdə inadkarlığın vacib olduğunu yadda saxlayın.
Mənə də ən böyük tərif o, olar ki, aforizmimi oxuyan desin ki, bu nə sadədir, bunu mən də yazaram.
Oturun, yazın!
Hamıya uğurlar!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.