VOLEYBOL
-------------------------------------
Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev ÇEV-dən yeni təyinat alıb
AVF Hakimlər Komitəsinin üzvü, voleybol üzrə beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb. AVF-dan verilən məlumata görə, ədalət təmsilçimiz Serbiya və Macarıstanda 17 yaşlı qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsində oyunları idarə edəcək.
Xatırladaq ki, 11-23 iyul günlərində baş tutacaq bu qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində baş tutacaq. CEV-in təyinatına əsasən həmyerlimiz Zaur Hacıyev II qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland yarışacaq.
Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Çempionatın qalibi isə iyulun 23-də baş tutacaq final matçından sonra bəlli olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.