Hümbət Quliyev:
Veterinariya haqqında (esse)
Veterinariya - qısaca desək, heyvanların müalicəsi haqqında elmdir.
Veterinariyanın qızıl qaydası var. Bu qaydaya görə heyvanın müalicəsində istifadə olunan dərmanın qiyməti, heyvanın özündən bahalı ola bilməz. Məsələn, toyugun qiyməti bazarda 15 manatdırsa, onun xəstəliyinin müalicəsi ücün istifadə olunan dərmanın qiyməti 20 manat ola bilməz. İnsanın fikirləşdiyi bu qayda bütün heyvanlara şamil olunur. Təbii ki, bu haqda heyvanların fikirini hec kim soruşmayıb.
İnsanları müalicə etməli olan təbabətdə də oxşar hadisə ola bilir. Məsələn, insanın müalicəsi ücün tələb olunan məbləğ onun imkanlarından qat- qat artıq olursa, insanın müalicədən imtina etmək hüququ var. Bu halda onun fikiri nəzərə alınır.
Görürsünüz, biz özümüz də asanlıqla heyvanlar ücün yaratdıgımız vəziyyətə düşə bilirik.
Deyirəm, bəlkə heyvanlara mərhəmətli olsaq, bizə də mərhəmətli olarlar?!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.