GÜLƏŞ
----------------------------
Sərbəst güləş üzrə U-15 yığmamız AÇ-da 9 medalla ikinci olub
Macarıstanın Kapoşvare şəhərində 15 yaşlı oğlan və qızlar arasında keçirilən güləş üzrə Avropa birinciliyində dünən sərbəst güləşçilərin çıxışına yekun vurulub. Qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan Azərbaycan millisi komanda hesabında yalnız Gürcüstandan (155) geri qalmaqla ikinci yeri tutub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş millimizin yeni rekordudur.
Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında birinciliyə qatılan güləşçilərimizdən Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) yalnız həlledici finalda büdrəyərək gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıb.
Dünən həm də yunan-Romaçılar mübarizəyə qatılıblar. Onlardan isə Əli Nəzərov (48 kq). Marat Ağakərimov (52 kq), Nicat Elaqalim (62 kq) və Yusif Əhmədli (68 kq) finala yüksəlib. Daha bir təmsilçimiz - Rüfət Əlizadə (85 kq) isə yarımfinalda məğlubiyyətlə üzləşib. Adıçəkilən bu gülşçilərimiz bu gün axşam saatlarında medallar uğrunda mübarizəni davam etdirəcəklər. Bununla da güləş üzrə U-15 Avropa birinciliyi başa çatacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.