BASKETBOL. 3X3. DQS
------------------------------------------
"Neftçi" qadın basketbol klubumuz DQS-nın 10-cu mərhələsinin 1\4 finalında dayanıb
İsveçrənin Fribure şəhərində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının (DQS) 10-cu mərhələ yarışı keçirilib. Yarışda Azərbaycan təmsilçisi "Nefçi" klubu ilə yanaşı, "Yunda" (Çin), "Dyor" (Macarıstan) və yerli "Fribur" klubları və eləcə də İsveçrə, Çin, Kanada, Malayziya, Yaponiya, Portuqaliya, Fransa, Ukrayna, Yeni Zelandiya, İzrail və Latviya millisi mübarizə aparıb. Heyəti Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət "Neftçi" qrup mərhələsində (A qrupu) Kanada (15:13) və Malayziyanı (21:7) məğlub edərək 1\4 finala yüksəlib. Təəssüflər olsun ki, "Neftçi" bu mərhələdə üzləşdiyi Portuqaliya (15:18) millisini keçə bilməyib və mübarizəni dayandırıb.
Xatırladaq ki, DQS-nın geridə qalan 10 mərhələ yarışının 2-də (Şuşa və İzrail mərhələsi) qalib gələn "Neftçi" klubu hazırda 283 xalla yarış cədvəlində 3-cü pillədədir. Turnirdə mübarizə aparan Azərbaycan millisi isə 108 xalla 19-cu yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.