AĞIRLIQQALDIRMA
----------------------------------------
Hüseyn Heydərov 3 qızıl medalla Avropanın birincisi olub
İyulun 1-də Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında startı verilən və Azərbaycan idmançılarının da qatıldığı ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkəni təmsil edən 356 atletin (165 qız və 191 oğlan) iştirak etdiyi çempionatın növbəti günündə daha bir azərbaycanlı atlet körpücük üzərinəçıxıb və tarixi uğura imza atıb. Söhbət 81 kq-da mübarizə aparan 15 yaşlı Hüseyn Heydərovdan gedir. AAAF-dan verilən məlumata görə, atletimiz birdən qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin kiçik qızıl medalına layiq görülüb.
O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.
Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, Heydərovdan öncə isə 17 yaşlı təmsilçimiz Ravin Alməmmədov 73 kq çəki dərəcəsində uğurla çıxış edərək 3 qızıl medal qazanmışdı - 299 kq (137+162).
Çempionata iyulun 10-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.