CÜDO
------------------------------
23 yaşlı cüdoçuların Azərbaycan çempionatı keçiriləcək
11-12 iyul günlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə 23 yaşa qədər qadınlar və kişilər arasında cüdo güıəşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində təşkil ediləcək bu çempionatda cüdoçular 14 çəki dərəcəsində mübarizə aparacaqlar. ACF-dan verilən məlumata görə, çempionatda ölkənin müxtəlif regionlarından, o cümlədən Sumqayıt və Bakı şəhərindən 57 klub, cəmiyyət və idman təşkilatını təmsil edən 259 idmançı tatami üzərinə çıxaraq, medallar uğrunda mübarizə aparacaq.
Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq və eləcə də istedadlı idmançıların aşkarlanaraq milli yığma komandaya cəlb olunmasıdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.