TAEKVONDO
------------------------------
Taekvondoçularımız Türkiyə açıq çempionatına 4 qızıl və 4 bürünc medalla başlayıblar
Türkiyənən paytaxtı Ankarada taekvondo üzrə bu ölkənin açıq çempionatı start götürüb. Yarışın ilk günündə dayanq üzərinə yeniyetmə idmançılar çıxıb. Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, çempionatın start günü millimiz üçün uğurlu alınıb. Belə ki, baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi altında mübarizəyə qatılan təmsilçilərimizdən 4-ü finala çıxıb və həlledici döyüşü də qələbə ilə bitirərək qalib adına yiyələnib. Boyu 156 sm-dək olan taekvondoçuların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan himnini səsləndirib.
Digər 4 taekvondoçumuz - Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər.
Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq. Ümumiyyətlə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında Türkiyəyə gedən Azərbaycan komandasının heyətində 40 idmançı yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.