GÜLƏŞ
---------------------------------
Esra Məmmədli Avropa çempionatının finalında
Nəzrin Əhmədli isə bürünc uğrunda güləşəcək
Dünən Macarıstanın Kaposvar şəhərində 15 yaşlı (U-15) oğlan və qızlar arasında güləş üzrə Avropa çempionatı start götürüb. İlk yarış günündə qızlar mübarizəyə başlayıb ki, burada da Azərbaycan 5 idmançıyla təmsil olunub. Onlardan Esra Məmmədli (46 kq) finala qədər uğurla irəliləyib, Finala gedən yolda Xorvatiya. Rumıniya, Rusiya və Belarus idmançısını məğlub edən Esra həlledici görüşdə macarıstanlı Mariya Jitovozla qarşılaşacaq. Digər təmsilçimiz, yarımfinalda Rusiya təmsilçisinə məğlub olan Nəzrin Əhmədli (42 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Türkiyə və Yunanıstan idmançısı arasında keçirilən görüşün qalibi olacaq. Daha bir güləşçimiz - Fidan Babayeva (53 kq) isə bürünc uğrunda mübarizəni təsəlliverici görüşlərdən başlayacaq.
Təəssüflər olsun ki, yığmamızın üzvlərindən Əfsanə İslamova (39 kq) və Milana Bağırzadə (62 kq) mübarizəni ilk mərhələdəcə bitirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.