BASKETBOL.3X3. DQS
-------------------------------------------
"Neftçi" qadın basketbol klubu DQS-nın 10-cu mərhələsinin 1\4 finalında
Dünən İsveçrənin Fribure şəhərində "Neftçi" qadın basketbol klubunun da iştirakı ilə 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının 10-u mərhələsinə start verilib. "Neftçi" ilə yanaşı, Fransa, Çin, Yaponiya, İtaliya, Portuqaliya, İsveçrə, Ukrayna, Yeni Zelandiya, İzrail və Litva millisi, eləcə də "Yuanda" (Çin), "Dyor" (Macarıstan və "Fribur" (İsveçrə) klublarının mübarizə apardığı turnirdə dünən qrup oyunlarına yekun vurulub və 1\4 finalşılar bəlli olub. Qeyd edək ki, A qrupunda yer alan və heyəti Erika Karter, Briana Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət dördlüyün cəmləşdiyi "Neftçi" klubu qrup mərhələsində Kanadanı 15:13 hesabla məğlub etdikdən sonra ardından Malayziyanı daha fərqli hesabla üstələyib - 21:7. Bu nəticə ilə 1\4 finala yüksələn "Neftçi" yarımfinala çıxmaq üçün Portuqaliya millisi ilə qarşılaşacaq. Oyun bu gün saat 15:15-də başlanacaq.
Xatırladaq ki, DQS-nın geridə qalan 9 mərhələsindən ikisinin (Şuşa və İzrail) qalibi olan "Neftçi" hazırda 283 xalla yarış cədvəlində 3-cüdür. Azərbaycan yığması isə 108 xalla 19-cu pillədə qərar tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.