Hümbət Quliyev:
Qalstuk haqqında
Qərbdən dəb kimi gələn və bizlərdə də geyim atributuna çevrilən qalstuk haqqında bir elmi məlumatı diqqətinizə çatdırıram.
2003-cü ildə Amerikanın ixtisaslaşmış göz xəstəlikləri jurnalında( Jornal of ophtalmology) bir qrup alimin apardığı araşdırmanın nəticələri dərc edilmişdi. Məqalə bütün dünyada böyük marağa səbəb olmuşdu.
Eksperimentdə bir qrup insandan xahiş olunmuşdu ki, üç dəqiqə müddətində qalstuklarını boyunlarında kip sıixsınlar. Məhz həmən müddətdə onların gözdaxili təzyiqləri ölçülmüşdü. Müəyyən edilmişdi ki, göstəricilər normadan 70% artıqdır! Alimlərin gəldikləri qənaət birmənalı olmuşdur: Qalstukların uzunmüddətli istifadəsi görməni zəiflədir. Qlaukomaya( gözdaxili təzyiqin yüksək olmasından əmələ gələn və adətən korluğa apara bilən göz xəstəliyi) meyilli insanlarda qalstukdan istifadə yolverilməzdir. Eyni zamanda bu səbəbdən başda olan digər orqanların, xüsusən də beynin qanla təhcizatı zəifləyir.
Kişi köynəklərinin son boyun düyməsinin sıx bağlanması da eyni fəsadı yarada bilər.
Praktik məsləhətlərim:
1) çalışın qalstuklarınızı boynunuzda bərk sıxmayın;
2) ehtiyac olmadıqda qalstuklarınızı çıxarın;
3) köynək alanda boyun ölçüsünü bir qədər geniş götürün.
Ümümiyyətlə, bədəninizi sıxa biləcək paltarlardan( həmçinin alt paltarlardan, xüsusən də yatanda) istifadə etməyin. Bu kişi corablarının boğaz hissəsinə də aiddir. Sonuncunun sıxması davamlı baş ağrılarının tipik səbəbi ola bilir.
Dostlar, onsuz da sizləri həyatda sıxmaq istəyənlər kifayət qədərdir, heç olmasa özünüz, özünüzü boğmayın…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.