AĞIRLIQQALDIRMA
---------------------------
Atletlərimiz AÇ-da daha iki medal qazanıblar
Moldovanın paytaxtı Kşinyovda 15 və 17 yaşlı oğlan və qızlar arasında ağır atletika üzrə keçirilən və Azərbaycan atletlərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Bu gün kğrpücük üzərinə daha iki atletimiz çıxıb ki, onların da hər ikisi fərqlənib. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 17 yaşlı təmsilçimiz Turan Əliyev (67 kq) iki hərəkətin cəmində 250 (114+136) kq ram etməklə bürünc medala sahib çıxıb. 15 yaşlılar arasında çıxış edən Yunis Bayramov (67 kq) isə bir kiçik bürünclə kifayətlənib. Birdən qaldırmada üçüncü yeri tutan Yunis iki hərəkətin cəmində 211 (99+112) kq nəticə ilə yalnız 4-cü ola bilib.
Xatırladaq ki, iki gün öncə isə Azərbaycan atletlərindən 17 yaşlı Amin Osmanov (55 kq) iki hərəkətin ümumi cəmində ikinci yeri tutmaqla gümüş medal qazanıb.
Yarışda Azərbaycan da daxil olmaqla, 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Çempionata iyulun 10-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.