Qafar Cəbiyev:
LƏNƏT ŞEYTANA! – Həm ana, həm də bala şeytana!
Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti
Bütün dinlərdə, dünyanın bütün xalqlarına aid miflərdə şeytan insanları yoldan çıxaran, onları günah işləməyə və yalan danışmağa təhrik edən əcaib bir varlıq kimi təsvir olunub. Dantenin «İlahi» komediyasında, Faust əfsanələrində, Con Milton və Vilyam Bleykin poemalarında şeytan məhz bu cür təsvir olunub. Deyirlər şeytanın min sifəti, ondan da qat-qat çox çirkin əməlləri və planları olur. İnsan oğlu şeytanla mücadilə etməz, sadəcə ona «lənət» deməklə öz yoluna davam edər.
Zaman dəyişdikcə, bəşəriyyət elmi-texniki tərəqqinin sirrlərini daha artıq mənimsədikcə şeytanın da yeni-yeni sifətləri, daha doğrusu sifətsizlikləri üzə çıxır. Odur ki, bu günün şeytanları özlərinin məkrli xislətilə Dantenin, Bleykin və qeyrilərinin təsvir etdikləri şeytan obrazlarından daha əcaib, daha məkrli və daha təhlükəlidirlər.
Tam əminliklə demək olar ki, bu gün Fransa-Ermənistan cütlüyünün timsalında dünya şeytan əməllərinin artıq dövlət səviyyəsində tüğyan etdiyini görməkdədir. Ana şeytan rolunda dondan-dona girən Fransa özünü bala şeytan obrazında görən Ermənistanı Türkiyə və Azərbaycana münasibətdə təkcə silah-sursatla deyil, həm də çox fəal şəkildə qonşuluğa və insanlığa zidd olan qərəz və məkr dolu düşmənçilik siyasəti ilə zəhərləməkdədir. 44 günlük müharibəni uduzan, kapitulyasiya aktına imza atan, rəsmi dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirən Ermənistan hələ də Fransa hökuməti və birbaşa Fransa prezidenti E.Makron tərəfindən davamlı olaraq müharibəyə, münaqişəyə və konfrantasiyaya təhrik olunmaqdadır.
Bəli, Fransadakı erməni lobbisi Makronu, o da öz növbəsində Paşinyan hökumətini və Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə təhrik etməkdədir. Təəccüblüdür, yəni Makron erməni lobbisindən bu dərəcədəmi asılıdır?! Fransa kimi bir dövlətin prezidentinin adekvat olmayan ermənipərəst mövqeyi onun erməni lobbisi qarşısında dili qısa, gözü kölgəli olduğunun göstəricisi deyilmi?!
Bu adam Marseldəki erməni klubunda çıxış edərkən utanmadan bəyan edir ki, o Qarabağ məsələsində ermənilərin özlərindən daha artıq qətiyyət göstərir. Sən demə fransızların bütün dünyanın gözü qarşısında sifətinə yumurta atdığı, alnına qapaz vurduğu Makron Qarabağ məsələsində Azərbaycan prezidenti cənab İlham Əliyevə Paşinyandan daha çox təzyiq edirmiş! Cənab Makron, bilin və agah olun ki, sizin bu sərsəm açıqlamalarınız hər kəsdə gülüş doğurur. Paşinyanın necə «təzyiq» etdiyini, onun mürmüc olaraq kapitulyasiya aktına imza atdığını bütün dünya çox yaxşı gördü. Səndən fərqli olaraq Paşinyan bunu özünün açıqlamalarında dəfələrlə etiraf edib.
Sən Makron kimə təzyiq etmisən?! Axı, sən kimsən ki, Fransadan min kilometrlərlə uzaqla olan bir ölkəyə, müstəqil Azərbaycan Respublikasının prezidentinə «təzyiq» edəsən?! Hiss eləmirsən ki, arvad-uşaq arasında belə şeşə-şeşə danışanda ətrafdakılar səni ələ salır?! Sən bir özünə bax, bir də Azərbaycan Respublikasının Prezidentinə bax! Sənin öz ölkəndəki «nüfuzunla» cənab prezidentimizin öz ölkəsindəki nüfuzunu müqayisə et.
Doğrusu, dövlət idarəçiliyində, daxili və xarici siyasətdə son dərəcə səriştəsiz və uğursuz prezident kimi Fransa tarixinə düşən Makron inanmıram ki, müqayisə etməyi də bacarsın. Dəhşətə bir baxın, Parisi, Fransanın digər iri şəhərlərini, hətta milli ucqarları belə bürüyən etiraz dalğasını və onu doğuran səbəbləri aradan qaldırmaq iqtidarında olmayan Makron çox həvəslə Cənubi Qafqazda yenidən müharibə ocağını alovlandırmaq yolunda dəridən-qabıqdan çıxır. Cənab Makron, unutma ki, sən heç kəsə təzyiq edə bilməzsən, olsa-olsa dəridən-qabıqdan çıxa bilərsən. Yaxşı olar ki, məşhur atalar məsəlində deyildiyi kimi, elə «öz otlağınızda otlayasınız» və bizlərin işinə burun soxmayasınız! Amma hadisələrin inkişafı göstərir ki, nə ana şeytan, nə də bala şeytan xislətində olanlar hələ ki, öz çirkin planlarından asanlıqla əl çəkmək niyyətində deyillər. Görünür, aqillərimiz elə-belə deməyiblər ki, «fitlə donuz darıdan çıxası deyil?». Deməli, o donuz zopa istəyir. Amma inanmıram ki, bu dəfə o bala şeytan Azərbaycan ordusunun zopasına tab gətirsin.
Fransa Qarabağ münaqişəsini tənzimləmək məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu təmsil edən həmsədr ölkədir. Amma bu qurum 30 ilə yaxın bir müddətdə münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində heç bir iş görmədi. Fikrimcə, Minsk qrupunun fəaliyyətsizliyinin kökündə elə məhz Fransanın əvvəldən sonadək açıq-aşkar ermənipərəst mövqedən çıxış etməsi xüsusi olaraq qeyd olunmalıdır.
Artıq müharibə bitib, Minsk qrupu gorbagor olub. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması, sərhədlərin delimintasiyası, kommunikasiyaların açılması istiqamətində müxtəlif platformalarda aktiv dialoq gedir. Fransa isə necə deyərlər, yuyulmamış çömçə kimi özünü ortaya ataraq şeytan xisləti nümayiş etdirir, bununla da guya ermənilərə havadarlıq edir. Cənab Makron, artıq yetər! Siz artıq qırmızı xətti keçirsiniz! Siz bir ovuc Marsel ermənisinin qucağında oturaraq Azərbaycan xalqının hissləri ilə oynamayın! Bu xalq imkan verməz ki, siz onun əsəblərini test edərsiniz! Unutmayın ki, bütün bunların bədəli çox ağır ola bilər! İşi o yerə çatdırmayın ki, sizin məsuliyyətsiz bəyanatlarınızdan, beynəlxalq hüquqa zidd qərarlarınızdan, demokratiya və insanlıq adına ləkə olan davranışlarınızdan qeyzə gələn insanlar küçələrə çıxaraq Bakıda, ölkəmizin digər yerlərində Fransa adına bağlı olan hər şeyi yerlə yeksan etsin!
Yaxşı olardı ki, siz neçə müddətdir ki, Parisi, Fransanın digər şəhər və əyalətlərini bürüyən etiraz dalğası və onu doğuran səbəblər barədə düşünəsiniz. Axı sizin Fransa xalqının qayğı və problemləri ilə məşğul olmaq əvəzinə ermənilərə havadarlıq etmək cəhdlərimizə nə ad vermək olar?! Artıq təkcə fransızlar deyil, bütün dünya görür ki, siz Fransa dövlətini idarə edə bilmirsiniz.
Görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun hələ 1850-ci ildə qələmə aldığı «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadükuni» əsərində Parisi əgər bədii düşüncə səhnəsi olaraq xəyalən dağıtmışdısa, siz Makron bu gün tək Parisi yox, bütövlükdə Fransanı bir dövlət olaraq nüfuzdan salaraq onu dağıtmaqla məşğulsunuz. İnanmırsınız, öz televiziyalarınızın xəbər proqramlarını izləyin, erməniələrə havadarlıq etməkdən vaxt tapsanız seçicilərinizlə görüşün, onları dinləyin. Doğrudur, sayənizdə bu gün Parisdə və digər şəhərlərinizdə küçələrə çıxmaq xeyli dərəcədə təhlükəlidir.
Elə bu amili nəzərə alaraq Azərbaycanın Xarici İşlər Nazirliyi yaxın günlərdə ölkə vətəndaşlarının Fransaya səfər etməməsini tövsiyə edən bəyanat yayıb. Amma bütün bunlara baxmayaraq yumurta-qapaz yesəniz belə, Parisin, Lyonun, Strasburqun, Lillin, Bordonun küçə və meydanlarına gedin, seçicilərinizin sizdən olan gözləntilərini görün, eşidin!
Unutmayın ki, siz prezident seçkilərkən erməni lobbisi qarşısında deyil, məhz Fransa seçiciləri qarşısında öhdəliklər götürmüsünüz. Əgər bunu etməsəniz, inanın ki, növbəti seçkilərdə aqibətiniz çox acınacaqlı olacaq. Elə sizin silah-sursatla və fitnə-fəsadla sihahlandırdığınız, müharibəyə təhrik etdiyiniz Ermənistanın da taleyi heç də yaxşı olmayacaq. İndi seçim sizindir. Ya sözünüzlə, əməlinizlə Fransanın Avropada həqiqətən söz sahibi olan böyük dövlət olduğunu təsdiqləyin, yaxud da ana şeytan xislətində qalaraq bala şeytan hesab etdiyiniz kiçik Ermənistanı silahlandırmaqda davam edin!
Unutmayın ki, məşhur Azərbaycan atalar məsəlində deyildiyi kimi «sonrakı peşimançılıq fayda verməz»!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.