AKİF ƏLİ:
Düzü-düz, əyrini-əyri
Dahi Mirzə Ələkbər Sabirlə “Bir neçə şair, neçə şair kimiləri” müqayisə edib ifrata varanda, bir incə məqamı unutmaq eynən günaha batmaqdır.
...Bəli, camaat M.Ə.Sabirin əsərlərini oxuyanda həqiqətən gülür və hətta gülməkdən uğunub gedir. Amma müəllifə yox! Onun yaratdığı cahil tipin özünüifşasına gülür! Bədii tipin karikatur obrazına, dayaz düşüncə tərzinə, nadanlığına, səviyyəsiz danışığına, ədəbsiz davranışına gülür. Belə tipajlar yarada bilmək - istedadlı şair M.Ə.Sabirin satira sənətkarlığıdır!
...Ancaq qüsurlu bir müqayisə zamanı nəzərdə tutulan bəzi “şair kimilərin” yazdıqlarını oxuyanda, normal adamlar bu yazıların müəllifinə gülür. O “şeirləri” yazan müəllifin səviyyəsizliyinə, cılızlığına, dayaz düşüncə tərzinə gülür...
Bax, dahi Mirzə Ələkbər Sabirlə “Bir neçə şair, neçə şair kimilərin” müqayisəsində fərq budur.
Bu fərqi unudub da “gülməli şeirlər” deyə qüsurlu müqayisə aparmaq, həm günaha batmaqdır, həm də sənətin haqqını tapdamaq!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.