TENNİS
-------------------
Novak Cokoviç "Uimbldon"a qələbəylə başlayıb
O, bu turnirdə ardıcıl 29-cu qələbəsini qeyd edib
Dünən Böyük Britaniyanın paytxı Londondakı "Uimbldon" stadionunun ot örtüklü mərkəzi kortunda tennis üzrə Böyük Dəbilqə seriyasından olan və mükafat fondu 44.700.000 funt sterlinq təşkil edən turnirin əsas yarışlarına start verilib. Starda turnirin hazırki qalibi Novak Cokoviçlə (Serbiya) Pedro Kaçina (Argentina) qarşılaşıb. Görüş birincinin qələbəsi ilə başa çatıb – 6:3, 6:3, 7:6(4). Qeyd edək ki, bu Cokoviçin "Uimbldon"da ardıcıl əldə etdiyi 29-cu qələbəsi olub. Xatırladaq ki, serbiyalı raketka ustası sözü gedən turnirdə son dəfə 2017-ci ildə uduzub. Statistiklərin marağını nəzərə alaraq, qeyd edək ki, "Uimldon"da qələbə seriyasını ən çox davam etdirən Byorna Borqa (41) olub. Bu say Roje Federerdə 40, Pit Samprasda isə 31 olub.
Yeri gəlmişkən, açılış oyununu izləmək üçün Roje Federer də mərkəzi korta gəlib və azarkeşlərin alqışları ilə qarşılanıb. O, karyerasında "Uimçldon"u 8 dəfə udub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.