BOKS
-----------------------------------
Boks üzrə kişi yığmamız Avropa Oyunlarını Top-7 sırasında bitirib
İyunun 20-dən iyulun 2-dək Krakovda (Polşa) keçirilən III Avropa Oyunlarında Azərbaycan 14 idman növündə 101 idmançı ilə təmsil olunmuşdu. Azərbaycan qazandığı 11 (3-2-6) medalla 42 komanda arasında 24-ü olmuşdu. Qeyd edək ki, qazanılan medallardan biri gümüş və digəri bürünc əyarlı olmaqla ikisi kişilərdən ibarət boks üzrə yığmanın payına düşmüşdü. Yalnız həlledici finalda büdrəyən Məhəməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyevsə (80 kq, erməni boksçunu döyərək) bürünc medal qazanmışdə. Bu göstərici ilə Azərbaycan yığması Oyunlarda medal qazanan 18 ölkə arasında Top-7 olub. Yığmamızla yanaşı, İspaniya, İrlandiya və Türkiyə də eyni nəticə ilə 7-ci pilləyə şərik çıxıb. İlk yeri Fransa. ikinci pilləni İtaliya, üçüncü yerisə Bolqarıstanla Böyükbritaniya tutub.
Bir məqamı da qeyd edək ki, medal qazanan hər iki boksçumuz həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Avropa Oyunlarının boks üzrə yarışlarında medal sıralanması belədir:
1 Fransa 2 0 1
2 İtaliya 1 0 2
3 Bolqarıstan 1 0 1
3 Böyük Britaniya 1 0 1
5 Danimarka 1 0 0
5 Ukrayna 1 0 0
7 Azərbaycan 0 1 1
7 İspaniya 0 1 1
7 İrlandiya 0 1 1
7 Türkiyə 0 1 1
11 Xorvatiya 0 1 0
11 Gürcüstan 0 1 0
11 Serbiya 0 1 0
14 Belçika 0 0 1
14 Almaniya 0 0 1
14 Macarıstan 0 0 1
14 Polşa 0 0 1
14 İsveç 0 0 1
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.