GÜLƏŞ
--------------------------
Sərbəst güləş üzrə U-20 yığmamız da Avropada birinci olub
İspaniyanın Santyaqo-de-Kompostela şəhərində 20 yaşlı (U-20) gənclər arasında güləş üzrə keçirilən Avropa çempionatına sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Maraqlıdır ki, yunan-Roma güləşində olduğu kimi, bu növdə də Azərbaycan koçamdası ümumi hesabda birinci olub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Arif Abdullayev, Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmamız ikisi qızıl, biri gümüş və 3-ü bürünc əyarlı olmaqla 6 medal qazanmaqla yanaşı, həm də 143 xal toplayıb.Bu yığmamız üçün tarixi uğurdur. Yığmamızın aktivinə yazılan medallara gəlincə, Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu olub. Yalnız həlledici finalda müğlubiyyətlə üzləşən Yusif Dursunov (125 kq) ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib. Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) triosu isə üçüncü olmaqla bürünc medala layiq görülüb.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə U-20 yığmamız analoji çempionatı 2 qızıl, 2 gümüş və 2 bürünc medal və 144 xalla bitirmişdi. Bu isə yəğmamıza komanda hesabında Avropa çempionu olmaq imkanı verib. U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.