Bəybala Mirzəyev:
Pəhləvilərin Bakıda nə işi var?
İran şahının varisi Reza Pəhləvinin həyat yoldaşı Yasmin Pəhləvi Bakıya gəlib və Xəzərin sahilindəki çimərliklərin birində çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb.
Öz paylaşımında Azərbaycana dəvətlə gəldiyini bildirən Y.Pəhləvi təəssüratlarını belə bölüşüb:
“Mən ilk dəfə Xəzər dənizinin sularına qərq olanda keçirdiyim dərin hissləri sizinlə bölüşmək istəyirəm. Ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu başa düşmək o qədər qəribə idi ki”.
Pəhləvilərin gəlininin Bakıya dəvəti hazırda qatı anti-Azərbaycan siyasəti yürüdən İranın mənfur molla rejiminə qarşı psixoloji-siyasi təzyiq vasitəsi kimi nəzərdə tutulubsa, bu çox əla düşünülmüş şahmat gedişidir.
Yox, əgər bu xanım paytaxtımıza sadəcə əyləncə məqsədilə, turist kimi gəlibsə, belələrini əsla məmləkətimizə buraxmamalıyıq. Çünki molla rejimi qədər qatı türk düşməni olan Pəhləvilər də vaxtilə İranda hakimiyyətdə olarkən Güney Azərbaycan türklərinə divan tutublar.
P.S. Bu fotoda gördüyünüz Yasmin Pəhləvinin əri Reza Pəhləvi hakimiyyətə gələcəyi təqdirdə Güney azərbaycanlılara, kürdlərə, qaşqaylara, bəluclara və hazırda İranda yaşayan digər qeyri-fars mənşəli xalqlara heç bir azadlıqların verilməsini nəzərdə tutmur. Bu xalqlar molla rejimini də, Pəhləviləri də tarixin arxivinə göndərib, öz müstəqil dövlətlərini qurmalıdırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.