FORMULA-1
---------------
Avstriya Qaran-Prisinin qalibi Maks Ferstappen olub
Şarl Lekler ikinci, Serxio Peres isə üçüncü yeri tutub
Dünən Avstriyanın "Red Bull Rinq" avtodromunda formula-1 üzrə dünya çempionatının sayca 9-cu Qran-Prisi keçirilib. Əsas yürüşdə 10 komandanı təmsil edən 19 pilot mübarizə aparıb. Maraqlıdır ki, bu yürüşdə mübarizəni yarımçıq saxlayan olmayıb. Bütün iştirakşılar finişi keçməyə nail olub. Qalib adını isə yenə də "Red Bull"un pilotu Maks Ferstappen qazanıb. 71 dövrəni hamıdan birinci başa vuran Maks cari mövsümdə özünün 7-ci qələbəsini qeyd edib. Bu qələbə sayəsində xallarının sayını 229-a çatdıran Maks yarış cədvəlində ən yaxın təqibçisi olan öz komanda yoldaşı Serxio Peresi (148 xal) 81 xal geridə qoyub. Yürüşdə ikinci yeri Ferstappendən +5,155 saniyə geri qalan Şarl Lekler ("Ferrari") tutub. İlk üçlüyü isə "Red Bull"un digər pilotu, cari mövsümün 9 Qran-Prisindən ikisini udan Serxio Peres tamamlayıb (+17,188 saniyə geçikmə ilə). Qalibdən +21,377 saniyə geri qalan Karlos Sayns ("Ferari") finişə 4-cü çatıb. Top-5-i Lando Norris ("Maklaren", 26,327 saniyə) tamamlayıb. Maraqlıdır ki, o, həm də yürüşün ən yaxşı pilotu adınma layiq görülüb. Maraq üçün onu da qeyd edək ki, 7 qat dünya çempionu adını daşıyan Lyuis Hemlton ("Mersedes") qalibdən +39.196 saniyə geri qalmaqla finişə 7-ci yerdə çatıb.
Sayca 10-u Qran-Pri iyulun 9-da Böyükbritaniyada olacaq.
Geridə qalan 9 Qran-Pridən sonra pilotların yarış cədvəlindəki vəziyyət belə olub:
1. Макs Ferstappen ("Red Bull") – 229 xal
2. Serxio Peres ("Red Bull") – 148
3. Fernando Alonso ("Aston Martin" – 129
4. Lyuis Hemlton ("Mersedes") – 108
5. Каrlos Sayns ("Ferrari") – 86
6.Şarl Lekler ("Ferari") – 72
7. Corc Rassell ("Mersedes") – 70
8. Lans Stroll ("Aston Martin") – 43
9. Esteben Okon ("Alpin") – 31
10. Lando Norris ("Maklaren") – 22
11. Pyer Qasli ("Alpin") – 17
12. Niko Xyulkenberq ("Xaas") – 9
13. Aleks Albon ("Uilyams") – 7
14. Oskar Piastri ("Maklaren") – 5
15. Valtteri Bottas ("Alfa Romeo") – 5
16. Çjou Quankoy ("Alfa Romeo") – 4
17. Yuki Tsunoda ("Alfa Tauri") – 2
18. Кevin Maqnussen ("Xaas") – 2
19. Loqan Carcent ("Uilyams") – 0
20. Nik de Vris ("Alfa Tauri") – 0
Komandaların yarış cədvəli:
1. "Red Bull" – 377 xal
2. "Mersedes" – 178
3. "Aston Martin" – 172
4. "Ferrari" – 158
5. "Alpin" – 48
6. "Maklaren" – 27
7. "Xaas" – 11
8. "Alfa Romeo" – 9
9. "Uilyams" – 7
10. Alfa Tauri" – 2
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.