GÜLƏŞ
-------------------------------
Ceyhun Allahverdiyev Avropa çempionudur
İspaniyanın Santyaqo-de-Kompostele şəhərində 20 yaşlı güləşçilər arasında keçirilən Avropa çempionatına bu gün sərbəst güləşçilərin medal yğrunda baş tutan qarşılaşmaları ilə yekun vurulacaq. Azərbaycan Güləş Federasiyasından verilən çəlumata görə, çempionatın son günündə 3 təmsilçimiz medal uğrunda görüşə çıxmalıyd. Artıq onlardan biri - Ceyhun Allahverdiyev (61 kq) final görüşünü də qələbə ilə başa vurarq, Avropa çempionu olub. Xatırladaq ki, startda macarıstanlı Joltan Mişeyə (11:1), ardından bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə məğlub edən Ceyhun həlledici görüşdə ermənistanlı Levik Mikayelyan məyüs edib - 2:0.
İndi daha iki güləşçimizi medal qarşılaşması gözləyir. Bunlardan Yusif Dursunov (125 kq) final görüşünə çıxacaq. O, finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gələcək. Daha bir təmsilçimiz Timur Gülməmmədov (86 kq) isə bürünc medal uğrunda təsllivrici görüşlərini davam etdirir.
Xatırladaq ki, hazırda Azərbaycan yığmasının ümumi hesabında 14 (4-3-7) medal var. Bu say Dursunovun sayəsində 15-ə çatacaq. Əgər Gülməmmədov da bürünc qazanarsa. onda 16 medalımız olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.