OLİMPİZM
-----------------------------------
Azərbaycan 9 medalla Avropa Oyunlarında 25-cidir
İyunun 20-də Polşanın Krakov çəhərində startı verilən və Azərbaycan komandasının da qatıldığı 3-cü Avropa Oyunlarına bu gün yekun vurulacaq. Oyunların son günündə Azərbaycan təmsilçilərindən stend atıcıları Aydan Camalova, Ülviyyə Eyvazpva və Alina Rəfixanova triosu öz snayperlik bacarığını nümayiş etdirməklə medal qazanmağa çalışacaq. Kikboksçumuz Fərid Ağamoğlanov (63,5 kq) italiyalı Damiano Tramontanoyla, boksçumuz Məhəmməd Abdullayevsə (+92 kq) Böyükbritaniya təmsilçisi Delişus Custi Orie ilə həlledici final döyüşünə çıxacaq. Yeri gəlmişkən, Abdullayev finala çıxmaqla, həm də Paris-2024 Olimpiadasına lisenziya da qazanıb.
Xatırladaq ki, Azərbaycan Oyunlara 101 idmançı ilə qatılıb. Təmsilçilərimiz Avropa Oyunlarının proqramına daxil olan 14 idman növündə mübarizə aparıblar. Son günə qədər isə Azərbaycan yığmasının aktivində 9 (2-1-6) medal var. Yığmamız bu göstərici ilə medal sıralanmasında 25-ci pillədə yer alıb. Medallara gəlincə, qızıllar Tural Ağalarzadə (67 kq) və İrina Zaretskayanın (68 kq, hər ikisi karate), yeganə gümüş medal yalnız həlledici finalda büdrəyən taekvondoçu Sayad Dadaşovun (54 kq) payına düşüb. Bürünc medalları isə Asiman Qurbanlı (+84 kq, karate), Həşim Maqomedov (68 kq, taekvondo), Aysu Dəvrişova (57 kq), Emili Rzayeva (63,5 kq), Xəyal Əliyev (67 kq, üçü də muay-tay ustası) və boksçu Murad Allahverdiyev (80 kq) qazanıb. Bu gün həlledici final döyüşlərini keçirməyə hazırlaşan kikboksçu Fərid Ağamoğlanov və boksçu Məhəməd Abdullayevin (+92 kq) sayəsində Azərbaycan yığmasının aktivinə daha iki medal yazılacaq. Bu medallar gümüş və qızıl əyarlı ola bilər.
Hazırda medal sıralanmasında İtaliya (24-23-32) birinci pillədə yer alıb. İkinci yeri İspaniyanın (19-13-17) tutduğu cədvəldə ilk üçlüyü Ukrayna (19-10-7) tamamlayır.
Xatırladaq ki, 1-ci Avropa Oyunları 2015-ci ildə Bakıda, 2-ci Oyunlar isə 2019-cu ildə Belarusda keçirilib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.