23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Mədəniyyət REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Tuğ Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu

1 il əvvəl 1526 01

Faiq İsmayılov: Tuğ Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 iyun 2023-cü il tarixdə “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında”  sərəncam imzalayıb

Tuğ kəndi,  Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində inzibati yaşayış məntəqəsidir.  31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. İşğal dövrü bu kəndin tarix mədəniyyət abidələri ermənilər tərəfindən formaları dəyişdirilərək erməniləşdirilmiş, kəndin yaşayış evləri isə dağıdılaraq xarabalığa çevrilmişdir.

Tuğ kəndi, Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Kənd Xocəvənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində,  dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir. Əhalisinin sayı 2000 nəfərd olub. Kənd əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdu. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana olub. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri vardır. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var.  Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır.  "Tuğ" sözünün bir neçə mənası var: bu adı  "zirvə" və "bayraq" kimi də mənalandırırlar.  Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir.  Bir bilgiyə görə isə Tuğ — qıpçaq kökənli bir soyun adıdır.

Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi idi. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayır. Kəndin 10 dəyirmanı var. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərir.  Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalın mərkəzi  Tuğ kəndində əyləşirdi. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər.

I Şah Abbas Səfəvinin (1587—1629) hakimiyyəti dönəmində Dizaq mahalının başçısı Məlik Sucum idi. Dizaq mahalını XVIII yüzildən bəri Məlik Yeqan və onun oğlu idarə etmişdi. Dizaq mahalı, onun mərkəzi Tuğ kəndi Rusiya-İran savaşları dönəmində tapdaq yeri olmuşdu. Bu kənd varlı olduğundan, həm rus, həm də İran ordusunun düşərgə yerinə çevrilmişdi.
Müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olmuşdur. Beləki,  Azərbaycan Milli İstiqlal Hərəkatı tarixində ictimai siyasi xadim kimi tanınan, xalqımızın əsrlər boyu yetirdiyi böyük şəxsiyyətlərdən biri Cavad bəy Rza bəy oğlu Məlikyeqanovdur.

Bulaq: Abidə Xocavənd rayonunun Tuğ kəndində yerləşir. Bulaq yerli pud daşlar və əhəng məhlulu ilə tikilmişdir.  Görkəmi qövsvari formaya malikdir ön tərəfin yan divarları  yonulmuş və cilalanmış daşlardan tikilmişdir. Abidənin şimal-qərb tərəfində bir taxça var. Bulağın uzunluğu 5,9 metr, eni 4,7 metr, hündürlüyü 3,1 metrdir. Abidə  Ermənistan Silahlı Qüvvələrinin işğalından sonra öz mövcudluğunu qoruyub saxlaya bilmişdir

Tuğda ermənilər tərəfindən aparılan qeyri-qanuni arxeoloji qazıntılar nəticəsində aşkar edilən qədim yaşayış yeri: 1992-ci il Ermənistan Silahlı qüvvələrinin işğalından sonra Dizaq mahalının mərkəzi olan Xocavənd rayonunun Tuğ kəndi ermənilər üçün mühüm əhəmiyyət kəsb edən ərazi hesab olunurdu. Tuğ kəndində işğal dövrü müntəzəm olaraq ermənilər tərəfindən arxeoloji qaçıntılar aparılırdı.
Tuğun orta əsr tarix və mədəniyyət abidələri üzərində aparılan Arxeoloji qazıntılar zamanı  aşkar edilən ov və məişət əşyaları İrəvan şəhərinə daşınıb aparılırdı. Azərbaycanın tarixi və mədəniyyəti üçün mühüm əhəmiyyət daşıyan bu eksponatların Ermənistana daşınması oğurluqdur və bu  cinayət hadisəsi kimi qiymətləndirilməlidir.

Ermənilər tərəfindən oğurlanan eksponatlar içərisində 1737-ci ilə aid iyirmi sətirlik kitabə Azərbaycan tarixi üçün xüsusi dəyərə malikdir və bu kitabə mütləq geri qaytarılmalıdır.  Gələcəkdə Tuğ kəndinin bərpası, xüsusi ilə Dizaq məliklərinin saray kompleksləri Tuğ kəndini turistlər üçün ən cəlbedici görməli yerlərindən birinə çevrəcəkdir.

Şəhər qalıqları: Abidə 2010-cu ildə əraziniun Ermənistan Silahlı Qüvvələinin işğalı dövrü ermənilər tərəfindən aparılan qeyri-qanuni arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Aşkar edilmiş divar qalıqları yaxşı vəziyyətdə olmuşdur.

Qədim qəbristanlıq: Abidə Xocavənd rayonunun Tuğ kəndi ərazisində yerləşir. Qəbistanlığın uzunluğu 100 metr, eni 50 metrdir. Abidə Ermənistan Silahlı Qüvvələrinin iğalı dövrü öz mövcudluğunu qoruyub saxlamışdır.

Dizaq Məliklərinin sarayı:  Dizak məlikliyinin ikimərtəbəli sarayı maraqlı memarlıq ansambılı olmasını hətta  binanın xarabalıqlarından da hiss etmək olur. Kompleks, Tuğun mərkəzi hissəsində yerləşir və düzbucaqlı konfiqurasiyaya malikdir (ölçüləri 38 x 13,24 m).  Sarayın şimal və cənub-şərq hissələrinin parametrlərindən kənara çıxan, qala divarlarının və digər tikililərin qalın divarlarının izləri görünür. Bu da göründüyü kimi, bu sarayın yerində, eləcə də onun ətrafında daha əvvəlki dövrlərə aid tikililərin olduğunu göstərir.
Hələ orta əsrlərdə Tuğ kəndinin özünə məxsus memarlıq-bədii ifadəlilik və yeni formalara görə bütün saray ansamblı və digər yaşayış evləri tədricən formalaşmağa başladı. Bunu kənddə aşkar edilən o dövrlərin epiqrafik yazıları da sübut edir. Tuğ kəndində yeni bədii memarlıq kompazisiyalarının yaranması Qarabağ xanlığı dövrü xüsusi olaraq inkişaf etmişdi.

Dizaq Mahalının  saray kompleksinin yaşayış evləri, istirahət və iş otaqları üç sahədə qruplaşdırılıb.  Hər üç hissənin ön tərəfin qarşısını kiçik həyət təşkil edir və bir-birinə mühafizə divarlarıı ilə birləşdirilərək ümumi ansambl yaradılıb.
Sarayın şimal-şərq hissəsində birinci mərtəbədə iki zaldan ibarət otaq və onların üstündə tikilmiş eyvanlı otaq var. Aşağı salonlar tağlı daş gülxatuna-eyvana bənzəyir. Onların hər birinin bir pəncərəsi, qapıları, həmçinin buxarları və divarlarda taxçaları var.
Bu otaqlar, şübhəsiz ki, saray kompleksindəki ən erkən tikililərdir. Dördbucaqlı həyətin qərb hissəsində təmiz yonulmuş daşdan gözəl fasadı və sütunlu eyvanı olan ikimərtəbəli bina var. Aşağı mərtəbənin şərqdən başqa divarları boşdur və mühafizə divarlarının davamıdır.
Sütunlu eyvan əlavə funksional əhəmiyyətə malik olub - həyətdən daha yüksək səviyyədə yerləşir və onunla daş pilləkənlərlə birləşir, müxtəlif tədbirlər zamanı səhnəyə çıxırdı. Birinci mərtəbədə tikilən alçaq müxtəlif ölçülü tikililər məişət məqsədi ilə istifadə edildiyinə dəlalət edir.
Əsas giriş qərbdən açılır, bununla yanaşı, kifayət qədər hündür eyvandan enən daş pilləkənlər də onu aşağı mərtəbə və həyətlə birləşdirir. Sarayın ön darvazasının sağında yerləşən ən böyük zalı cənub-şimal istiqaməti boyuca uzanır. Üç girişi var. Əsas giriş qərbdən, iki ikinci dərəcəli giriş isə şərqdəndir.

Saray ansamblında əsas girişin üstündə yerləşən qonaq otağı bütün digər tikililərdən yuxarıda dayanır. Eyvanından Tuğ kəndinin bütün panoraması açılır. Əsas girişdə  qonaq otağı ilə uzanan bir salon, quraşdırılmış böyük bir zal və eyvan var.

Dizaq Məlikliyinin sarayı olduqca maraqlı memarlıq quruluşuna və kompozisiyaya malikdir. Məlikliyin ikimərtəbəli qəbul otağı sarayın cənub divarlarından təxminən 25 metr aralıda yerləşir. Saray işğal dövrü ermənilər tərəfindən dağıdılsada, xoşbəxtlikdən saray orijinal görkəmini qismən qoruyub saxlaya bilmişdir. Sarayın yaşayış kompleksinin kiçik ölçülü, tağlı tavanı və ön tərəfdə tağlı iki girişi var.

Qəbul  otağının memarlıq ustalığı, xüsusən də tağların qurulması yüksək tikinti texnikası ilə seçilir. Qəbul otağının girişi (timpanumu) təmiz teskadır üzərində  epiqrafik yazılar işğal dövrü ermənilər tərəfindən silinmişdir.  Qəbul otağının birinci mərtəbəsi tamamilə yerin altındadır, burada yeraltı keçid vasitəsilə saraya və zala keçmək olur. Binanın ikinci mərtəbəsi isə yer səviyyəsindən hündürdə yerləşir.
Qəbul otağının üstündə üç tərəfdən eyvanlarla əhatə olunmuş şəhər tipli yaşayış evi ucaldılmışdır. Qəbul otağının görkəmi ermənilər tərəfindən təhrif edilsədə, qiymətli tarixi-memarlıq nümunəsi kimi öz mövcudluğunu qismən qoruyub saxlaya bilmişdir. Divarların qalınlığı və möhkəmliyi məlikin qəbul otağını ermənilərin dağıdıcı təsirlərdən qorunmasına  və qismən saxlanmasına öz töhfəsini verdi.

Su anbarı: Abidə xocavənd rayonunun Tuğ kəndi ərazisində yerləşir.  Su anbarının uzunluğu 2,9 metr, eni 2,3 metr, hündürlüyü 2 metrdir. Ambarın tikilməsində məqsəd kənd əhalisinin suya olan ehtiyacını qarşılamaq idi. 12 sm. Diametrlik boru ilə kənardan ambara su gətirilirmiş. Bu cür su anbarları Qarabağın İzibati yaşayış məntəqələrinin əksəriyyətində mövcud olub. Ambarın XII-XIII əsrlərdə tikildiyi ehtimal olunur. Abidə birinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən partladılıb.

Məbəd: Abidə Xocavənd rayonunun Tuğ kəndinin mərkəzində yerli pud daşlar və əhəng məhlulu ilə Alban memarlığı üslubunda inşa edilib. Abidənin erməni mənbələrində tikilmə tarixi 1736-cı il göstərilsədə binanın memarlıq quruluıu onun XIII əsrdə tikildiyi ehtimalını yaradır. Məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edildiyindən dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb.
Abidənin ümumi xüsusiyyətlərinə və memarlıq quruluşuna görə binanın planı və məkan tərkibi ilə erkən bazilikalara aid olma ehtimalı daha çoxdur. Bu baxımdan Məbəd xüsusi tarixi və memarlıq baxımından maraq doğurur.

Məbəd böyük maili relyefi olan ərazidə tikilmişdir.  Binanın qərb divarı yarıya qədər qayaya sıxılıb, amma şərq tərəfi tamamilə açıqdır, hətta bünövrəsi də görünür. Binanın qərb divarında bir pəncərə, şərq divarında isə üç pəncərə qoyulub.  Məbədin yeganə girişi cənub fasadından, ətrafı daş hasarla əhatə olunmuş həyət tərəfdəndir. Hasarın cənub-şərq küncü dairəvi qüllə ilə tamamlanır. Buradan demək olar ki kəndin bütün panaraması görünür. Həyətin cənub hissəsində yaxın dövrlərdə iki mərtəbəli bina tikilib. Binanın ikinci mərtəbənin qapısı məbədin həyətinə, birinci mərtəbənin qapısı isə küçəyə açılır.

Məbədin zalın tavanının ölçüləri: 12,9 x 21,7 metrdir.  Binanın tavanı daşdan tikilmiş  dörd sütuna söykənir. Binanın ətraf divarların cənub (qarşı) tərəfi yonulmuş daşlarla, digər divarların tikintisində isə yarımyonma bloklardan istifadə olunub. Tonozlu tavanın əhəmiyyətli hündürlüyünə görə damın kifayət qədər dik aşrımları var. Bu aşırım nəticə etibarı ilə yarımdairəvi formada kiçik daşlarla sıx bağlandığına görə dam  ideal suya davamlı səth yaradır. Məbədin daş postamentinə işğal dövrü ermənilər erməni dilində bir daş yerləşdirib guya bu abidənin ermənilər tərəfindən tikildiyini nümayiş etdirmək istəyiblər.

Abidə indiyə qədər əsaslı şəkildə tədqiq olunmasada bu abidənin ümumi görünüşü onun dini xarakterli tikinti olmadığı barədə fikir deməyə əsas verir. Ermənistan Silahlı Qüvvələrinin işğalından sonra ermənilər tərəfindən ciddi müdaxilə edilərək öz orginal görkəmindən məhrum edilmişdir.  Beləki ermənilər işğal dövrü abidənin tikinti quruluşunu dəyişərək, abidəni erməni kilsəsi kimi təqdim etməyə başladılar. Bu hadisə Beynəlxalq Hüquqa görə  vandalizm aktı kimi dəyərləndirilə bilər.

Ermənilər 7 iyun 2018-ci il tarixdə əvvəlcə abidənin qarşı tərəfi ot və tullantılardan təmizlədilər və orada böyük çalalar qazılaraq ora qəbir daşları yerləşdirdilər. Onlar bu fəaliyyətləri ilə insanların şüurunda belə bir anlam yaratmaq istəyirlər ki, güya bu abidə bir zamanlar hansısa müqəddəslərin yaşayış və ibadət yeri olub.

Tarixi mənbələrdə ıöstərilir ki, Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ kəndi idi. Dizaq mahalını məliklər idarə edirdilər, onlar mahalın mərkəzi  Tuğ kəndində əyləşirdilər. Əslində bu abidə kompleksi məliklərin inzibati idarə binalarından biri idi.
Abidənin ön tərəfinin yuxarı hissəsindən divar deşliərək üç yerdə oyuqlar düzəldilmiş. çardağının mərkəzində zəng qülləsi tikilmiş, abidənin üzəri qırmızı kirəmidlə örtülmüçdür. Abidə kompleksinin giriş qapısı yenilənmiş yenidən qurulmuşdur. Ümumiyyətlə abidə kompleksi bütünlüklə öz orginal görüntüsündən məhrum edilərək müasirləşdirilmişdir.

Faiq Ismayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com