Hümbət Həsənoğlu:
Turistlər və biz (esse)
İnformasiya resurslarında vətənimizə gələn ərəb və digər turistlər haqda, onlarin davranışları barədə yazilar gedir, müzakirələr aparılır.
Bununla bağlı bəzi fikirlərimlə bölüşmək istəyirəm. Bunu 30-dan çox ölkədə olmuş birisi kimi edirəm.
Turistlərin kütləvi gəlişi azərbaycanlı-xarici vətəndaş münasibətini aktual edir.
Sual sadədir, nə etməliyik ki, həm turist razı qalsin, həm də biz milli heysiyyatimizi, milli qürur və özünəməxsusluğumuzu qoruyub saxlayaq?
Bunun üçün ilk olaraq, özümüzə bir az qıraqdan baxaq.
Bizim fərd və toplum olaraq
çox gözəl xüsusiyyətlərimiz var. Eyni zamanda, bəzi situasiyalarda, ortaya çıxan "tendensiyalari"da görə bilməliyik.
Birincisi, çox hallarda ortaya qoyduğumuz ifrat qonaqpərvərlik. Hər gələnə necə qonaqpərvər olduğumuzu göstərməyə çalışmayaq, əmin olun ki, qiymətləndirməyəcəklər. Simicliyə də çağırmıram, hər şeyi qədərində edin.
Bilin ki, ifratçılığımızın müqabilində üzümüzə gülsələr də, bunu bizim avamliğımız kimi qəbul edəcəklər.
Qonaqdir, evdə bişəndən bir qab da onun qabağına qoyun, heç kimə heç nəyi sübut etməyə çalışmayın.
Ikincisi, gələn qonaqlara həddən- ziyadə yarınmaq istəyi.
Ehtiyac yoxdur, o da sənin kimi bir insandir.
Tarixin, mədəniyyətin onunkundan az deyil, böyük ehtimalla, daha qədim və zəngindir. Ozünə hörmət etməsən, sənə də hörmət etməyəcəklər.
Ücüncüsü, xarici vətəndaşa özünü imkanli və hər şeyi həll edə bilən "supermen" kimi göstermek isteyi. Siz qonağınızı səxsi təyyarəniz ilə qarşılasanız, başadüşülən olar. Əks halda özünüzü zorlamayın.
Əmin olun ki, onlar sizin sadəlövhlüyünüzdən mütləq istifadə etməyə çalışacaqlar.
Xaricilər bizimlə yanaşı, restoranlarda, tibb ocaqlarinda və s. yerlərdə olurlar. Xidmət sahəsində işləyənlər xaricidir deyə bizimkiləri "tapdalayib" onlarin qabağına qacmamalıdırlar. Ümumi növbədə. Fransiz, ya alman özününküləri qoyub heç vaxt bizə qulluq etməz. Biz də elə onlar kimi olaq.
Milli təəssübkeşlik bütün ölkələrdə prioritetdir.
Bizdə də belə olmalidir, öncə öz vətəndaşımız.
Yalnız bu halda onlar bizə hörmət edəcəklər. Hər şeyi pulla ölcməməliyik. Təkrar edirəm, öncə milli təəssübkeşlik!
Qoy onlar vətənlərinə qayıdanda desinlər ki, insanları mədəni, təbiəti gözəl, tarixi qədim Azərbaycan diyarında olduq!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.