ASİF MƏRZİLİ:
Allaha dua edənlərin hamısı kasıb-kusub idi...
Bu gün iki böyük məscidə baş çəkdim, bayram Namazında bir nazirə, prokurora, icra başçısına, bələdiyyə sədrinə, polis rəisinə, məhkəmə sədrinə və hakimə, şirkət prezidentinə, deputata... rast gəlmədim... Allaha dua edənlərin hamısı kasıb-kusub idi... Sizcə səbəb nədir??? Niyə məmurlar məscidlərə gəlib kabinetlərində Prezidentin haqqında etdikləri dualarını həm də Allahın evində etmirlər???
ŞƏRHLƏR:
Emin Gozelov:
Onlar vəzifəyə gəlmək üçün duaların vaxtında ediblər, indi yuxarı vəsifəyə getmək niyyətləri yoxdu yəqin.
Şahin Hümbətov:
Hansı üzlə və vicdanla gəlsinlər? Var dövlət, vəzifə gözlərini örtüb deyin, bu müqəddəs bayram namazına vaxtları və istəkləri qalmayıb. Vəzifədən gedəndən və ya var dövləti əli çıxandan sonra Allaha ibadət etməyə çalışacaqlar. İndi isə hələki keflərində və varlanmaqlarındadırlar.
Rovshan Kebirli:
Çünki artıq əmin olublar ki, başına döndüyüm heç deyildiyi kimi kasıbın yox, varlının Allahıdır! Həm də gəlib Allah evində açıq şəkildə Allahdan sərvətini artırmağı xahiş edə bilməz axı. Məsciddə iki saatını itirmək onu 2 min manat müftə gəlirdən məhrum edər ey!
Shemseddin Aliyev:
Qurban kəsməyə mane olanlar var.Adəti üzrə həmişə ət aldığımız dükanlara ət satmaq yasaq olunub.
Hamı üçün vahid bir yerdə-biz satdığımızı alın,bizim həkimlər möhürü vursun və satın,-göstərişi var.Ona görə bir qurbanlığın qiyməti 300,400 man .qalxıb.Rəbbimiz belə deməmişdi.
İnhisarçılıq halları var...
Hidayət Elvüsal:
Onlar təmiz deyil .
Allahın evinin kirlənməsini istəmir . Bu səbəbdən onların haram tikə yeməsinə imkan yaradır ki , gəlib müqəddəs yerlərəri murdarlamasınlar .
Shapur Gasimi:
Çünki,məmurlar Allah adlı noxtanin məhz kasıbları minib çapmağa üçün ixtira edildiyini çox yaxşı bilirlər.
Elçin Məmmədli:
Çox düz edirlər, məmurlar məscidə getmirlər. A başınıza dönüm, kasıb məscidə gedib Allah dua edir ki, onu düşdüyü bu kasıbçılıqdan qurtarsın, ona da xoş gün qismət eləsin...Məmurun isə varı, pulu başından aşır, günləri də bir birindən xoş keçir. Belə adamlar məscidə gedib, Allahdan nə istəyəcək ki? Allah o məmura hər şey verib dəəə...
Asif bəy, bax buna görə də məmurlar, vəzifə sahibləri, iş adamları, hakimlər və.s. məscidə getmirlər və düz də edirlər... Məscid elə kasıbların yeridir dəəə...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.