ELMAN ELDAROĞLU: "...yalançı stomatoloq ordusundan fərqli..."
Niyə yalan danışım, Amerika mənə çox şeyləri öyrədib, çox şeylər verib. Əvəzində aldığı isə dişlərim oldu. Uzun müddət orada olduğuma baxmayaraq, heç cür əlim gəlmədi ki, filan qədər pul verib dişlərimi düzəltdirim, saxladım Azərbaycana…
Nə isə, vətənə dönəndən sonra əl-ayağa düşüb yaxşı stomatoloq axtardım və nəticədə dişlərimin hamısını itirdim. Gözmuncuğu kimi qalan birindən başqa. Beş dəfə ən təriflənən həkimlərə protez diş düzəltdirdim, hamısı “neqodnıy” çıxdı, effekt vermədi. Bir gün 85 yaşlı qaynatamla söhbət edəndə dedi, a bala, mənim də dişlərim protesdir, 20 il bundan əvvəl Şamil həkim düzəldib. Yuduğum hallar istisna olmaqla heç vaxt ağzımdan çıxarmıram. Heç bir narahatlığı da yoxdur. Elə bil, anadangəlmə təbii dişlərimdir…
Hə, axtarıb Şamil həkimi tapdım. Kaş biləydiz, mən necə də xoşbəxtəm. Tum çırtlaya, əti sümükdən sivirib kababı ürəklə yeyə bilirəm. Hətta dişlərimlə 1 pud daş da qadıraram. Allah bu xoşbəxtliyi mənə çox görməsin!..
Birdən elə bilərsiniz ki, Şamil həkimi reklam edirəm, ay tövbə!
Şamil son illər peyda olan yalançı stomatoloq ordusundan fərqli olaraq, bu cəbhənin cəngavərlərindən biridir. Çox yaşasın!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.