Masallıda uşaq yaradıcılıq festivalı keçirilib
«Uşaqlar bizim gələcəyimizdir»
Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan «Uşaqlar bizim gələcəyimizdir» adlı uşaq yaradıcılıq festivalı keçirilib.
Rayonun Çaxırlı kəndində düzənlənən festival Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Festivalda ümumtəhsil məktəblərinin şagirdləri və mədəniyyət müəssisələrinin dərnək üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra şagirdlərin və dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Festivalda uşaqlar bir-birindən maraqlı rəqs, idman və musiqi nömrələri nümayiş etdirib, şeirlər söyləyiblər.
Masallı rayon Mədəniyyət Mərkəzi solistlərinin konsert proqramı maraqla qarşılanıb.
Festivalda fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim olunub.
Yaradıcılıq festivalının keçirilməsində məqsəd uşaqların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsidir.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.