26 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ilk dəfə arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş başlanğıc konfransı keçirilib (FOTO=5)

2 il əvvəl 657 01

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ilk dəfə arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş başlanğıc konfransı keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2023-cü il arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, eləcə də AR Mədəniyyət Nazirliyi və AR Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan akademik İsa Həbibbəyli ölkə başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və müasir dövrün çağırışlarına uyğun olaraq Akademiyanın yenilənməsi istiqamətində struktur islahatlarının davam etdiyini söyləyib.
Qeyd edib ki, bu yöndə atılan növbəti addımlardan biri də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması olub və bu haqda artıq AMEA Rəyasət Heyətinin 19 iyun tarixli qərarı ilə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
Elmi konfransla ilk dəfə olaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2023-cü il qazıntı mövsümünün rəsmi açılışı ilə əlaqədar məsələlərin müzakirəyə çıxarıldığını deyən akademik İsa Həbibbəyli Azərbaycan arxeoloqlarının fədakar əməyinin yüksək qiymətə layiq olduğunu bildirib. Diqqətə çatdırıb ki, arxeoloji tədqiqatların keyfiyyətini artırmaq məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən AR Nazirlər Kabinetinin 2 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na dəyişikliklər edilməsinə dair təkliflər hazırlanaraq aidiyyatı dövlət qurumlarına göndərilib.
AMEA rəhbəri, həmçinin institutun maddi-texniki bazasının gücləndirilməsi, institutda karbohidrogen analizlərini aparmaq üçün laboratoriyanın təşkili, müəssisənin elmi jurnalının çapı istiqamətində zəruri dəstəyin veriləcəyini söyləyib.
Bundan əlavə, ilk növbədə işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatların aparılmasına, Dövlət Proqramlarının icrasına və dövlət əhəmiyyətli sifarişlərə, Xəzərin arxeologiyasının  öyrənilməsinə diqqətin artırılması, institut əməkdaşlarının yerli və beynəlxalq qrantlarda aktiv iştirak etmələri zərurəti barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Akademik İsa Həbibbəyli qazıntı mövsümü başa çatdıqdan sonra ilk dəfə olaraq əldə olunan nailiyyətlərə həsr edilən yekun konfransın keçirilməsi və arxeoloji tapıntılara dair sərgilərin təşkili, hesabatların təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib.
İclasda Arxeologiya və Antropologiya elminin aktual problemləri ilə bağlı bir çox məsələlər geniş şəkildə müzakirə edilib, dünya təcrübəsi, ölkə reallıqları və müasir çağırışlar nəzərə alınmaqla institutun yenidən qurulması ilə əlaqədar problemlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Daha sonra AMEA prezidenti arxeoloji tədqiqatlarda istifadə etmək məqsədilə AMEA Rəyasət Heyəti adından Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna dron və GPS cihazını bağışlayıb.
Tədbirdə çıxış edən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev 2022-ci ildə institutda ümumilikdə 58 ekspedisiyanın təşkil olunduğunu, cari mövsümdə isə vacib olan abidələrin tədqiqata cəlb ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, ilkin mərhələdə 9 ekspedisiya fəaliyyətə başlayacaq və bunlar içərisində İtaliya, Fransa və Koreya arxeoloqları ilə birgə beynəlxalq ekspedisiyalar da olacaq. F.Quliyev ekspedisiya heyətlərinə texniki yardımın institut tərəfindən vahid formada göstəriləcəyini, tədqiqatların nəticələrinin beynəlxalq jurnallarda çapının nəzərdə tutulduğunu və öyrənilən abidələrin gələcəkdə UNESCO səviyyəsində təbliğatının aparılmasının qarşıdakı hədəflərdən olduğunu deyib. Həmçinin o, mövcud problemlərə toxunub, perspektivlərə nəzər yetirib, Dövlət Turizm Agentliyi və digər qurumlarla əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.
Tədbirdə, o cümlədən  AR Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Hidayət Cəfərov, Kübra Əliyeva, Vəfa Nağıyeva, Əsədulla Cəfərov, Qəhrəman Ağayev, Valeh Ələkbərov və başqaları çıxış edərək mövcud problemlər, onların həlli yolları və arxeoloji qazıntıların təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com