FUTBOL
---------------------
Modriç Avro-2024-də oynamaq istəyir
"Real Madrid"in 37 yaşlı yarımmüdafiəçisi Millətlər Liqasının finalından sonra Xorvatiya millisini tərk etməyəcək
Luka Modriç Millətlər Liqasından sonra Xorvatiyanı tərk etməyəcək.
UEFA Millətlər Liqasının finalında Xorvatiya millisi İspaniyaya penaltilər seriyasında uduzub (0:0, penaltilərdə - 4:5).
Modriç oyundan sonra verdiyi müsahibədə millidəki gələcəyi ilə bağlı qərar verdiyini, lakin qərarını daha sonra açıqlayacağını bildirib.
“Real Madrid”in 37 yaşlı yarımmüdafiəçisinin millidəki karyerasını bitirmək fikri yoxdur. Modriç Avro-2024-də Xorvatiya yığmasında oynamaq istəyir.
Modriç 2006-cı ildən Xorvatiya millisində çıxış edir və keçirdiyi matçların sayına görə (166) komandanın rekordçusudur. Milli komandanın tərkibində 2018-ci il dünya çempionatının gümüş, 2022-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.