BOKS
---------------------------
Boksçularımız Avropa Oyunlarına qatılmaq üçün Polşaya yollanıblar
Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək kişi və qadın boksçulardan ibarət Azərbaycan yığmalarının heyəti bəlli olub.
İyunun 21-dən iyulun 2-dək Polşanın Krakova şəhərində keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək kişi və qadın boksçulardan ibarət Azərbaycan yığmaları artıq səfərə çıxıblar. Bu yarışda komandamız 13 çəki dərəcəsindən 12-də mübarizə aparacaq. ABF-dan verilən məlumata gğrə, baş məşqçisi kubalı mütəxəssis Pedro Rokenin olan kişilərdən ibarət yığmamız Avropa Oyunlarına tam heyətlə yollanıb. Komandanın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıb.
Qadınlardan ibarət millinin baş məşqçisi Yadigar Məmmədov isə Polşada Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayevaya (75 kq) şans verəcək.
Xatırladaq ki, Krakovda boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena”da baş tutacaq. Avropa Oyunları həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Kişi boksçular arasında 51 kq, 92 kq və +92 kq, qadınlarda 75 kq çəki dərəcələrində finalçılar, digər bütün çəkilərdə yarımfinalçılar Olimpiadada iştirak hüququ qazanacaqlar. Onu da qeyd edək ki, kişilərdən ibarət millimiz Oyunlara İtaliyada, qadınlardan ibarət yığmamız isə Türkiyədə təlim-məşq toplanışı keçib.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.