FUTBOL
----------------------------
Kriştiano Ronaldo: "Mən hələ də faydalıyam və qol vururam. Hələ bitməmiş karyera ilə insanları Portuqaliyada və ondan kənarda xoşbəxt etmək istəyirəm”
Cristiano Ronaldo insanlara bəxş edən sevincdən danışıb.
38 yaşlı forvard Portuqaliyanın yeganə qoluna Avro-2024-ün seçmə mərhələsində İslandiya ilə oyunda (1:0) imza atıb.
“Hələ bitməmiş karyeramla təkcə Portuqaliyada deyil, onun hüdudlarından kənarda da bir çox insanı sevindirməyə davam etdiyimi bilməkdən çox məmnunam. Və ən çox belə davam etmək istəyirəm, çünki hələ də faydalıyam, hələ də kömək edirəm, hələ də qollar vururam. Bu ən vacibdir. Nə qədər ki, özümü yaxşı hiss edirəm, özümü faydalı hiss edirəm və görürəm ki, insanlar məni sevməyə davam edir və töhfəmi görmək istəyirlər, mən həmişə Portuqaliya komandasına, ölkəmizə və rənglərimizə sadiq qalacağam.
Portuqaliyalı olduğum üçün çox qürur duyuram”, - “Əl-Nasr”ın hücumçusu deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.